Bank Of Baku

«Eurovision-2010» təmsilçimiz Səfurə Əlizadə Ukraynada keçirilən konsert proqramında çıxış edib

«Eurovision-2010» təmsilçimiz Səfurə Əlizadə Ukraynada keçirilən konsert proqramında çıxış edib
# 06 mart 2010 20:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Olsoda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə bu gün Ukraynada mahnının seçilməsi üçün keçirilən konsert proqramında çıxış edib. APA-nın məlumatına görə, konsertdə Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmana məxsus olan “Drip Drop” mahnısını ifa edib. Maraqlısı burasındadır ki, kosnert aparıcıları tərəfindən Səfurə Əlizadə 55-ci “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisi, “Drip Drop” isə onun müsabiqədə ifa edəcəyi mahnı kimi təqdim edilib. Belə məlum olur ki, artıq Azərbaycan təmsilçisinin sözügedən müsabiqədə ifa edəcəyi mahnı da məlumdur.

Məsələ ilə əlaqədar “Eurvoision” müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya bildirib ki, mahnının bu cür təqdim edilməsi Ukraynanın təşəbbüsüdür: “Doğrudur “Drip Drop” mahnısının təmsilçimiz tərəfindən müsabiqədə ifa olunması nəzərimizdədir. Ancaq hələ tam müəyyən edilməyib. Səfruə Əlizadənin üç mahnıdan hansını ifa edəcəyi isə gələn həftə məlum olacaq”.

Qeyd edək ki, Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində 17 yaşlı Səfurə Əlizadə təmsil edəcək. Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsbaiqənin I yarımfinalı, 29-da isə finalı baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR