Bank Of Baku

Ukraynanın «Eurovision-2010»dakı təmsilçisinin müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşib

Ukraynanın «Eurovision-2010»dakı təmsilçisinin müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşib
# 06 mart 2010 21:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynanı «Eurovision-2010» müsabiqəsində təmsil edəcək Vasili Lazaroviçin müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşib.

APA-nın məlumatına görə, müsabiqədə Ukrayna təmsilçisi musiqisi Brandon Stone, sözləri isə Olqa Yariniç və Brandon Stone məxsus «I love you» mahnısı ilə ölkəsini təmsil edəcək. Təmsilçinin mahnısı bu gün keçirilən tamaşaçı və milli münsif heyətinin səsverməsi ilə müəyyənləşib. Həm tamaşaçı, həm də münsifin rəyi ilə Ukrayna təmsilçisinin ifa etməsi təqdim olunan beş mahnı arasından «İ love you» mahnısı seçilib.

Seçim konsertində Azərbaycanın «Eurovision-2010» müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə, Gürcüstan təmsilçisi Sofo Nijaradze, Bolqarıstan təmsilçisi Mira və Ermənistan təmsilçisi Eva Rivas çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR