Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə İsveçdə mahnı yazdırır – FOTO

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə İsveçdə mahnı yazdırır – <font color=red>FOTO</font>
# 09 mart 2010 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Olsoda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə İsveçə gedib. Bu barədə APA-ya “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi orada mahnı yazdıracaq. A. Kərimli bildirib ki, Azərbaycan təmsilçisi bir müddət İsveçdə olacaq və səfəri ərəfəsində ciddi hazırlıq prosesi keçəcək. Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, hazırda S. Əlizadənin piarı üçün promo-turların təşkil olunub-olmaması ilə bağlı dəqiqləşdirmələr aparılır.
Qeyd edək ki, İsveç səfərindən öncə S. Əlizadə Ukraynada olub və konsertdə çıxışından sonra ukraynalı təmsilçi Vasili Lazaroviçlə görüşüb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, hər iki ölkə təmsilçiləri müsabiqədə bir-birilərinə uğur arzulayıblar. Ukraynalı təmsilçi azərbaycanlı Səfurə Əlizadəyə xoş sözlər də söyləyib. V. Lazaroviç onun çox gözəl olduğunu, səhnədəki çıxışına valeh olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR