Bank Of Baku

Araş İsveç televiziyasında “Eurovision”u şərh edəcək - FOTO

Araş İsveç televiziyasında “Eurovision”u şərh edəcək - <font color=red>FOTO</font>
# 09 mart 2010 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın “Eurovision-2009” müsabiqəsindəki təmsilçilərindən biri, Aysel Teymurzadənin duet ortağı və “Always” mahnısının bəstəkarı, isveçli müğənni Araş bu il Osloda keçiriləcək “Eurovisipn-2010” yarışmasını İsveç televiziyasında şərh edəcək. APA-nın məlumatına görə, bu barədə yerli media mənsublarının suallarını cavablandıran Araş deyib. O bildirib ki, televiziyada müsabiqəni şərh edərkən Azərbaycana dəstək olacaq: “Bu il İsveç televiziyasında müsabiqəni şərh etmək mənə həvalə edilib. Mən Azərbaycan dəstəkləmək üçün hər şeyi edəcəyəm. Azərbaycan mənim ürəyimdədir”.

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisi ilə bağlı məlumatı olmadığını deyən Araş, Səfurə Əlizadəyə də uğurlar arzulayıb: “Çox təəssüf ki, Azərbaycanın milli seçimlərinə baxmaq imkanım olmadı. Ancaq elə bu günlərdə internetdə Səfurənin klipini gördüm. Klipə baxdıqdan sonra bildim ki, Səfurə çox yaxşı müğənnidir. Mən ona bol şans və uğur diləyirəm. Əminəm ki, Səfurə Əlizadə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etməyə layiqdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR