Bank Of Baku

Azərbaycan təmsilçisinin “Eurovision-2010” müsabiqəsində hansı nömrə altında çıxış edəcəyi martın 22-də məlum olacaq – FOTO

Azərbaycan təmsilçisinin “Eurovision-2010” müsabiqəsində hansı nömrə altında çıxış edəcəyi martın 22-də məlum olacaq – <font color=red>FOTO </font>
# 11 mart 2010 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində iştirak edəcək 39 ölkənin təmsilçisi və ifa olunacaq mahnının təsdiqlənməsi üçün 21 mart sonuncu gündür. Bununla bağlı APA-ya açıqlama verən “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, martın 22-də 55-ci “Eurovision” müsabiqəsinin keçiriləcəyi Oslo şəhərində bütün iştirakçı ölkələrin iştirakı ilə iclas keçiriləcək. Təmsilçi ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə baş tutacaq böyük tərkibli iclasda bütün ölkələr öz təmsilçisini və mahnını rəsmi olaraq Avropa Yayım Birliyinə (EBU) təqdim edəcəklər. Elə həmin gün mayın 25-i və 27-də keçiriləcək yarımfinallarda çıxış edəcək 34 ölkənin, eləcə də birbaşa final mərhələsində iştirak hüququ qazanan 5 ölkənin hansı nömrə altında çıxış edəcəyi məlum olacaq. A. Kərimli həmin günə kimi Azərbaycanın müsabiqə təmsilçisi Səfurə Əlizadənin beynəlxalq yarışmada hansı mahnı ilə çıxış edəcəyinin müəyyənləşəcəyini də vurğulayıb.

Qeyd edək ki, “Euovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək. Azərbaycan təmsilçisinin yarımfinalda hansı nömrə altında çıxış edəcəyi isə mayın 22-də keçiriləcək püşkatma mərasimində məlum olacaq. Hər yarımfinalda 17 təmsilçi ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 29-da keçiriləcək final mərhələsində isə 25 ölkə birincilik uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR