Bank Of Baku

Yunanıstan, Estoniya, Böyük Britaniya və Almaniyanı “Eurovision-2010” müsabiqəsində təmsilçiləri müəyyənləşib – FOTO

Yunanıstan, Estoniya, Böyük Britaniya və Almaniyanı “Eurovision-2010” müsabiqəsində təmsilçiləri müəyyənləşib – <font color=red>FOTO </font>
# 13 mart 2010 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində daha dörd ölkə təmsilçilərini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Yunanıstan, Estoniya, Böyük Britaniya və Almaniyanın təmsilçiləri də artıq məlumdur.

Yunanıstanı “Eurovision-2010” müsabiqəsində “Giorgos Alkaios və dostları” təmsil edəcək. Solist Giorgos Alkaios müsabiqədə “Opa” mahnısını ifa edəcək. Yunanıstan təmsilçisi 7 namizəd arasından seçilib.

Estoniya bu müsabiqədə “Malcolm Lincoln & Manpower 4” “Siren” mahnısı ilə təmsil olunacaq. Təmsilçilər əvvəlcə həm münsiflərin, həm də tamaşaçı səsverməsi nəticəsində 10 nəfər arasından rəqibləri Lenna Kuurmaa ilə birgə super finala çıxıblar. Super finalda isə ancaq televiziya tamaşaçıların səsverməsi nəticəsində “Malcolm Lincoln & Manpower 4” Osloya bilet qazanıb. Estoniyan təmsilçiləri mayın 25-də keçiriləcək I yarımfinalda çıxış edəcək.
Birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak edəcək Böyük Britaniyanı builki müsabiqədə Josh adlı müğənni təmsil edəcək. O, Pit Vaterman və Mayk Stokun “That Sounds Good To Me” kompozisiyasını təqdim edəcək.
Birbaşa final məhrələsində iştirak hüququna malik digər iştirakçı ölkə Almaniya bu müsabiqədə Lena Meyer-Landrut “Satellite” mahnısı ilə təmsil olunacaq. Bu kompozisiya Julie Frost və John Gordana məxsusdur. 6 namizəd arasından ölkəsini təmsil etmək şansı qazanan bu təmsilçi milli finalda ancaq televiziya tamaşaçıları arasından keçirilən səsvermə nəticəsində qalibiyyət qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR