Bank Of Baku

İsveç və Serbiya “Eurovision-2010” müsabiqəsində təmsilçisini müəyyənləşdirib – FOTO

İsveç və Serbiya “Eurovision-2010” müsabiqəsində təmsilçisini müəyyənləşdirib – <font color=red>FOTO</font>
# 15 mart 2010 13:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində İsveçi Anna Bergendal təmsil edəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bazar günü keçirilən və təxminən 4 milyon insan tərəfindən izlənən finalda təmsilçi 10 namizəd arasından seçilib. Münsiflər heyətində 5 regional və 6 beynəlxalq musiqiçi təmsil olunub. Seçimdə tamaşaçı səsverməsi də rol oynayıb. 1,7 milyon tamaşaçıdan 363 min 546 nəfəri Anna Bergendala səs verib.
Serbiyanı isə müsabiqədə Milan Stankoviç təmsil edəcək. O, müsabiqədə “Ovo je Balkan” mahnısını oxuyacaq. Üç namizəd arasından seçilən Milan Stankoviç tamaşaçı səsverməsi ilə qələbə çalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR