Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Ukrayna təmsilçisi yenidən seçiləcək

“Eurovision-2010” müsabiqəsində Ukrayna təmsilçisi yenidən seçiləcək
# 18 mart 2010 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynanı “Eurovision-2010” müsabiqəsində təmsilçisi kimi seçilən Vasili Lazaroviçin müsabiqədə iştirakı təxirə salınıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Ukrayna İctimai Televiziyasının yeni rəhbəri Yehor Benkendorf Vasili Lazaroviçin “Eurovision-2010” mahnı müsabiqəsinə gedişini təxirə salıb. Bu dəfə ən yaxşı müğənni və mahnı ümumi səsvermə yolu ilə müəyyən ediləcək. Ukraynada yeni seçim üçün artıq müsabiqə elan olunub. Martın 18-dən etibarən 16 yaşdan böyük olan bütün ifaçılar mahnılarını münsiflər heyətinə təqdim edə bilərlər. Mahnı qəbulu Ukrayna vaxtı ilə 18:00-dək davam edəcək. Yenidən seçilən daha peşəkar münsiflər heyəti 20 ən yaxşı mahnını seçəcəklər. Martın 20-də isə böyük musiqi ziyafəti ilə Kiyevdə “Eurovision-2010”un milli müsabiqəsi baş tutacaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl müsabiqədə iştirak hüququ qazanan Vasili Lazaroviçin seçilməsi yerli tamaşaçılar tərəfindən birmənalı qarşılanmamışdı. Hətta ukraynalı tamaşaçılar etirazlarını müxtəlif yollarla bildirmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR