Bank Of Baku

Azərbaycan təmsilçisinin “Eurovision-2010”-da ifa edəcəyi mahnı müəyyənləşib

Azərbaycan təmsilçisinin “Eurovision-2010”-da ifa edəcəyi mahnı müəyyənləşib
# 18 mart 2010 14:47 (UTC +04:00)
“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin APA-ya verdiyi məlumata görə, S. Əlizadə müsabiqədə Stefan Örn və Sandra Bjurmanın “Drip Drop” mahnısını ifa edəcək.

“Drip Drop” üç mahnı arasından seçilib.

A. Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR