Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki mahnısını məşhur prodüser-bəstəkar Nikolas Flikt aranjeman edib

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki mahnısını məşhur prodüser-bəstəkar Nikolas Flikt aranjeman edib
# 19 mart 2010 14:11 (UTC +04:00)
“Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəylinin APA-ya verdiyi məlumata görə, müsabiqədə Səfurənin ifa etməsi üçün seçilən əcnəbi müəlliflər Stefan Örn və Sandra Bjurmanın “Drip drop” mahnısının da yeni aranjemanı məşhur prodüser-bəstəkara məxsusdur.

Z. Bədəlbəyli deyib ki, artıq mahnının son versiyası hazırdır. Mahnının son versiyası “Toxic” mahnısının yazıldığı Anders Baggenin studiyasında lentə alınıb. Bu məşhur studiya Stokholmda fəaliyyət göstərir. Mahnının yazılışında Anders Bagge də iştirak edib.

Z. Bədəlbəyli bildirib ki, S. Əlizadə artıq İsveç şou-biznesində də tanınır. O, İsveçin “Aschberg” teleşousuna dəvət alıb, martın 20-də isə “Fryshuset” klubunda çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR