Mayın 25-də keçiriləcək birinci yarımfinalda Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya, mayın 27-də keçiriləcək II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Böyük dördlük - Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç birbaşa mayın 29-da keçiriləcək final mərhələsində çıxış hüququna malikdir.
“Eurovision-2010” müsabiqəsi Oslonun “Telenor Arena”da baş tutacaq. 55-ci dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 39 ölkə iştirak etmək hüququ qazanıb. Martın 22-də isə Osloda müsabiqədə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin görüşü keçiriləcək. Görüşdən sonra iştirakçı ölkələrin hansı sıra nömrələri altında çıxış edəcəklərinin müəyyənləşməsi üçün püşkatma mərasimi baş tutacaq.
Ənənəsinə sadiq qalaraq, APA bu il də iştirakçı ölkələrin təmsilçiləri və ifa edəcəkləri mahnıların siyahısını və fotolarını təqdim edir:
I yarımfinal – 25 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Rusiya | Pyotr Naliç və onun musiqi kollektivi | “Lost & Forgotten” |
Moldova | Sun Stroke Project & Olia Tira | “Run away” |
Bosniya və Hersoqovina | Vukasin Brajic | “Munja i grom” |
Estoniya | Malcolm Lincoln | “Siren” |
Finlandiya | “Kuunkuiskaajat” | “Tyolki ellaa” |
Latviya | Aisha | “What for?” |
Serbiya | Milan Stankovic | “Ovo je Balkan” |
Slovakiya | Kristina | “Horehronie” |
Belarus | “3+2” qrupu | “Butterflies” |
Albaniya | Juliana Pasha | “Nuk mundem pa ty” |
Belçika | Tom Dice | “Me and My Guitar” |
Yunanıstan | Giorgos Alkaios & friends | “Opa” |
İslandiya | Hera Bjork | “Je Ne Sais Quoi” |
Makedoniya | Gjoko Taneski, Billy Zver & Pejcin | “Jas Ja Imam Silata” |
Malta | Tea Qarrett | “My dream” |
Polşa | Marçin Mrozinski | “Legenda” |
Portuqaliya | Filipa Azevedo | “Ha dias assim” |
II yarımfinal - 27 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Azərbaycan | Səfurə Əlizadə | “Drip drop” |
Türkiyə | “MaNga” qrupu | “We could be the same” |
Ukrayna | Alyosha | “To lie free” |
Danimarka | Chanee & N Evergreen | “İn a moment like this” |
İsrail | Harel Skaat | “Milim” |
Litva | İnculto | “East Europe Funk” |
İsveç | Anna Bergendahl | “This is my life” |
İsveçrə | Michael von der Heide | “İl pleut de l or” |
Gürcüstan | Sofo Nijaradze | “Shine” |
Bolqarıstan | Miro | “Angel si ti” |
Xorvatiya | Feminnem | “Lako je sve” |
Kipr | John Lilygreen & The Islanders | “Life looks better in Spring” |
İrlandiya | Niamh Kavanagh | “İt’s for you” |
Niderland | Sieneke | “İk ben verliefd (Sha-la-le)” |
Rumıniya | Paula Seling & Ovi | “Playing with fire” |
Ermənistan | Eva Rivas | “Apricot Stone” |
Sloveniya | “Roka Zlindre in Kalamari” ansamblı | “Narodno zabavni rock” |
Birbaşa final mərhələsində iştirak edəcək ölkələr – 29 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Fransa | Jessy Matador | “Allez! Ola! Ole!” |
Almaniya | Lena- Meyer Landrut | “Satellite” |
İspaniya | Daniel Diges | “Alqo pequenito” |
Böyük Britaniya | Josh Dubovie | “That Sounds Good to me ” |
Norveç | Didrik Solli- Tangen | “My heart is yours” |
Xatırladaq ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötənilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb.