Bank Of Baku

Azərbaycan təmsilçisi “Eurovision-2010” mahnı müsabiqəsində II yarımfinalda 7-ci çıxış edəcək

Azərbaycan təmsilçisi “Eurovision-2010” mahnı müsabiqəsində II yarımfinalda 7-ci çıxış edəcək
# 23 mart 2010 15:42 (UTC +04:00)
APA-nın eurovision.tv-yə istinadən verdiyi məlumata görə, bu gün keçirilən püşkatmada müsabiqədə təmsil olunacaq 39 ölkənin sıra nömrələri məlum olub. Hər iştirakçı ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdiyi püşkatmada əvvəlcə mayın 25-də keçiriləcək I yarımfinalda, sonra mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək 34 ölkənin (hər yarımfinalda 17 ölkə), sonda isə birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanmış beş ölkənin çıxış nömrələri məlum olub.

Beləliklə, ölkələrin çıxış edəcəyi sıra nömrələrini təqdim edirik: Mayın 25-də keçiriləcək I yarımfinalda Moldova 1-ci, Rusiya 2-ci, Estoniya 3-cü, Slovakiya 4-cü, Finlandiya 5-ci, Latviya 6-cı, Sebiya 7-ci, Bosniya və Hersoqovina 8-ci, Polşa 9-cu, Belçika 10-cu, Malta 11-ci, Albaniya 12-ci, Yunanıstan 13-cü, Portuqaliya 14-cü, Makedoniya 15-ci, Belarus 16-cı, İslandiya 17-ci çıxış edəcək.

Mayın 27-də keçiriləcək II yarımfinalda isə ölkələr bu sıralanma ilə çıxış edəcək: Litva (1), Ermənistan (2), İsrail (3), Danimarka (4), İsveçrə (5), İsveç (6), Azərbaycan (7), Ukrayna (8), Niderland (9), Rumıniya (10), Sloveniya (11), İrlandiya (12), Bolqarıstan (13), Kipr (14), Xorvatiya (15), Gürcüstan (16) və Türkiyə (17).

Birbaşa final mərhələsində çıxış hüququna malik olan böyük dördlük və builki müsabiqəyə ev sahibliyi edəcək Norveç təmsilçiləri isə mayın 29-da bu sıra nömrələrində çıxış edəcək: 2-ci İspaniya, 3-cü Norveç, 12-ci Böyük Britaniya, 18-ci Fransa və 22-ci Almaniya.

Qeyd edək ki, yarımfinallarda çıxış edəcək dörd ölkə wild card vasitəsilə ilə öz sıra nömrələrini seçmək şansı qazanıb.

Onu da bildirək ki, Azərbaycan mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsində səslərini açıqlayan 15-ci ölkə olacaq.

Xatırladaq ki, bu ilin mayında Oslonun “Telenor Arena”sında baş tutacaq 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı Səfurə Əlizadə “Drip drop” mahnısı ilə təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR