Bank Of Baku

55-ci “Eurovision” müsabiqəsinin final mərhələsində Azərbaycan səslərini 15-ci, Türkiyə 6-cı, Ermənistan isə sonuncu açıqlayacaq

55-ci “Eurovision” müsabiqəsinin final mərhələsində Azərbaycan səslərini 15-ci, Türkiyə 6-cı, Ermənistan isə sonuncu açıqlayacaq
# 23 mart 2010 16:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Oslonun ”Telenor Arena“sında keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək 39 ölkənin mayın 29-da keçiriləcək final mərhələsində səsvermə sıra nömrələri açıqlanıb. APA-nın eurovision.tv-yə istinadən verdiyi xəbərə görə, mayın 29-da finalda iştirak edəcək 25 ölkə təmsilçisinin çıxışından sonra 39 ölkəyə səslərini açıqlamaq üçün bu sıralanma ilə bağlanacaq. Mayın 29-da səslərini açıqlayan ilk ölkə Rumıniya olacaq. Daha sonra sıralanma ilə İrlandiya, Almaniya, Serbiya, Albaniya, Türkiyə, Xorvatiya, Polşa, Bosniya və Hersoqovina, Finlandiya, Sloveniya, Estoniya, Rusiya, Portuqaliya, Azərbaycan, Yunanıstan, İslandiya, Danimarka, Fransa, İspaniya, Slovakiya, Bolqarıstan, Ukrayna, Latviya, Malta, Norveç, Kipr, Litva, Belarus, İsveçrə, Belçika, Böyük Britaniya, Niderland, İsrail, Makedoniya, Moldova, Gürcüstan, İsveç və Ermənistan səslərini açıqlayacaqlar.

Beləliklə, mayın 29-da Azərbaycan 15-ci, Türkiyə 6-cı səslərini açıqlayacaq.

Birbaşa final mərhələsində çıxış edəcək beş ölkədən Almaniya və İspaniya I yarımfinalda, Fransa, Böyük Britaniya və Norveç II yarımfinalda səs vermək hüququ qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR