Azərbaycanın “Eurovision-2010”-dakı təmsilçisi: “Uğur qazanacağıma inanmayanlara yanlış düşündüklərini sübut edəcəyəm” - MÜSAHİBƏ - FOTOSESSİYA
- “Eurovision-2010” müsabiqəsinə hazırlıq hansı mərhələdədir?
- Hazırlıq prosesi çox ciddi gedir. Hazırda İsveçdə albom üzərində işləyirəm. Demək olar ki, artıq alboma daxil olunacaq mahnıların hamısı yazılıb. Alboma daxil olunan bütün mahnılar superdir. Bu prosesdə işbirliyində olduğum insanlarla işləmək mənim üçün şərəfli və çox maraqlıdır. Digər tərəfdən, “Eurovision” müsabiqəsində iştirak uşaqlıqdan, özümü anlayandan arzum olub. Bu arzuma çatdığıma görə çox xoşbəxtəm. Əgər bu məsuliyyətli iş mənə həvalə olunubsa, öhdəsindən layiqincə gəlmək borcumdur.
- “Eurovision”da Azərbaycanı təmsil etməyin məsuliyyətinin fərqində olduğunu dəfələrlə bildirmisən. Bu məsuliyyəti dərk edərək, bir təmsilçi kimi Azərbaycan xalqına neçənci yeri vəd edirsən?
- Əvvəlcədən demək istəməzdim. Reytinqlərdə hələ ki, birincilikdəyik. Öz tərəfimdən deməliyəm ki, bu reytinqlərin real olması üçün çox çalışıram. Bu çalışmaların nəticəsinin müsbət və sevindirici olacağına ümid edirəm. Çox istəyirəm ki, yüksək pillələr olsun. Bunun üçün əlimdən gələni edirəm, edəcəyəm də. Sözlərimin səmimiliyinə inanın. Uğur qazanacağıma inanmayanlara yanlış düşündüklərini sübut edəcəyəm. Bu gücü özümdə hiss edirəm.
- Milli seçimlərdə qələbə qazanmağının əvvəlcədən razılaşdırıldığı barədə deyilir, yazılır. Maraqlısı budur ki, indi də Türkiyə mətbuatında Azərbaycanın “Eurovision-2010” müsabiqəsində birinciliyi satın aldığı barədə yazırlar dərc olunur...
- Milli seçimlər zamanı nəticə məlum olmamış mənim təmsilçi olacağımla bağlı fikirlər səslənir, mənə də bu cür suallar verilirdi. Lakin bu fikirlər, sadəcə Azərbaycanın gözlənilən uğuruna xələl gətirmək məqsədi daşıyır. Bu, beynəlxalq müsabiqədir, burada hansısa yerin satın alınmasından söhbət gedə bilməz. Bu, ağlasığmazdır, həqiqətdən çox-çox kənar bir şeydir. Hər halda bu müsabiqədə Azərbaycan layiqli yer qazanacaq. Mən buna əminəm. Bütün bu deyilənləri isə özümə yaxın buraxmıram, çünki bu cür fikirlər hazırlığıma mane ola bilər.
- Bu müsabiqədə Ermənistan Azərbaycandan daha öndə olsa, bu, sənə necə təsir edəcək?
- Bu, mahnı müsabiqəsidir və bu yarışmada mən özümü ən yüksək səviyyədə göstərəcəyəm. Qalan məsələlər məni maraqlandırmır. Sadəcə onu deyə bilərəm ki, mən özümə çox inanıram.
- “Drip drop” mahnısının seçilməsini necə qarşıladın?
- Bu mahnını ilk dəfə eşidəndə ürəyimə yatdı və çox sevdim. Məhz “Drip drop”un seçimi çox ürəyimcə oldu. Bu mahnını hər dəfə ifa edəndə və dinləyəndə yeni nələrsə tapıram. Onu oxumaq mənim üçün həm səs imkanlarım baxımından, həm də emosional tərəfdən çox rahatdır. Ümidvaram ki, Səfurə ilə “Drip Drop” Azərbaycana layiqli yer qazandıra biləcək!
- Artıq müsabiqə bukmekerlərinin səsverməsi başlayıb. Maraqlıdır ki, Azərbaycan bu səsvermələrdə birinci yerdədir...
- Bu xəbəri eşidəndə çox sevindim. Çünki bu mənim və bütün komandanın işinə verilən qiymətdir. Çox sevinirəm, ümidvaram ki, belə də qalacaq və nəticə dəyişməyəcək. Bukmekerlərin fikri çox vaxt müsabiqənin nəticələri ilə üst-üstə düşür. Bəlkə də məhz elə bundandır ki, Azərbaycan haqqında mənfi rəy yaratmaq istəyirlər...
- “Eurovision-2010” müsabiqəsində iştirak edəcək 39 ölkənin təmsilçisi və mahnısı da müəyyənləşib. Hansı ölkə təmsilçisini özünə rəqib görürsən?
- Bu suala cavab vermək çətindir. Çünki onlardan yalnız bir neçəsinin mahnısını eşitmişəm. İnanın heç təmsilçilərin mahnısını belə dinləməyə vaxt tapa bilmirəm. Amma yaxın günlərdə qulaq asacağıma söz verirəm.
- Ekspertlər hesab edir ki, bu il əsas rəqabət Azərbaycan, Danimarka və İsrail arasında gedəcək...
- Ola bilsin ki, elə belə də olacaq. Danimarkanı Nevergreen təmsil edir. O, kifayət qədər tanınmış müğənnidir. İsrail təmsilçisinin də güclü olduğunu bilirəm. Hər halda bu rəqabətdə Azərbaycanın da adının ön sıralarda çəkilməsi qürur vericidir. Bütün bunlar mənə daha çox işləmək gücü verir. Əvvəldən də bildirmişdim ki, gücümə, enerjimə inanıram. Bu inamım davam edir, müsabiqədə də inamla çıxış edəcəyəm.
- Britni Spirs, Madonna, Selin Dion kimi məşhurlarla işləyən tanınmış prodüser-bəstəkar Nikolas Fliktlə işbirliyində olmaq sənə nə verir?
- Bu işbirliyinin verdiyi hisslər çox müsbət və qarışıqdır. Bu, bir tərəfdən adama çox güc verir, digər tərəfdən isə çox böyük məsuliyyətdir. Mən hazırlıq prosesində çox şey öyrənirəm. Gələcək karyeramda da bu hazırlığın müsbət rol oynayacağından əminəm.
- Hər çıxışında anan yanında olur. Hazırlıq səfərlərində də anan yanındadır?
- Bəli, anam həmişə yanımda olurdu. Hazırlıq prosesində isə yanımda deyil, amma hər gün onunla təmasda oluram, bütün prosesi ona danışıram. Hər gün mənə məsləhətlər verir.
- Osloda “Telenor Arena”da Səfurəni hansı geyimdə görəcəyik? Səhnə geyimləri, eyni zamanda şou hazırlanırmı və geyimlər hansı ölkəyə məxsus olacaq?
- Sadəcə onu deyə bilərəm ki, hər zaman olduğu kimi, bu il də Azərbaycan fərqlənəcək. Hər bir şey super olacaq. Ancaq bunu hələlik bir sirr olaraq saxlamaq istərdim…
- Təsəvvür et ki, artıq may ayı gəlib və sən Osloda beynəlxalq medianın qarşısındasan. Azərbaycanı necə təqdim edərdin?
- Azərbaycan haqqında ən gözəl sözləri deyəcəyəm. Azərbaycan mədəniyyətinin necə tarixi köklərə dayandığını, xalqımızın nə dərəcədə sülhsevər və qonaqpərvər olduğunu bildirəcəyəm. Azərbaycan sözlərin ən gözəlinə layiqdir. Bunun üçün xüsusi hazırlaşacağam. İndi isə mənim dəstəyə çox böyük ehtiyacım var. Xalqımızdan mənə dəstək olmağı istəyirəm. Bu dəstək müsabiqədə çıxışıma da təsir edəcək. Hər zaman güclü arxa və dəstək görən insan istədiyi nəticəni qazanır. Azərbaycan naminə bu dəstəyi məndən əsirgəməyin. Mən isə xalqıma ötən ilki sevincli anları yaşadacağıma söz verirəm. Vətənə sizlərə və dəstəyinizə layiq dönəcəyimə inanıram!
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib