Bank Of Baku

Tahir İmanov: “Parodiya edəcəyimiz insanlar arasında dövlət rəsmiləri də olacaq” - FOTO

Tahir İmanov: “Parodiya edəcəyimiz insanlar arasında dövlət rəsmiləri də olacaq” - <font color=red>FOTO </font>
# 29 mart 2010 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayında üç gün keçirilməsi nəzərdə tutulan Sarayında “Planet Parni iz Baku” KVN teatrının yeni tamaşasının nümayişinə bir gün daha əlavə olunub. Teatrın rəhbəri, aktyor Tahir İmanovun APA-ya verdiyi məlumata görə, aprelin 5-də teatr kollektivi pərəstişkarlarını yenidən Heydər Əliyev Sarayında salamlayacaq. T. İmanov bildirib ki, dörd gün müddətində tamaşaçılar qarşısında xüsusi şou-proqramla çıxış edəcəklərini bildirib: “İki saat yarımlıq proqramda tamaşaçılar çox sevdikləri aktyorların ifasında maraqlı çıxışları izləyə biləcəklər. Proqram çərçivəsində parodiyalar da yer verəcəyik. Ötən illərdən fərqli olaraq bu dəfə bizim müğənnilərin bir neçə dünya ulduzları ilə eyni səhnəni bölüşmək imkanı qazanacaqlar. Adları açıqlamaq istəmirəm, çünki bunun sürpriz olmasını istəyirik. Parodiya edilməsi üçün bir çoxlarının bizə zəng açdıqlarını da demək yerinə düşər. Ancaq biz hər dəfə olduğu kimi bu dəfə də öz ənənəmizə sadiq qalmışıq və ancaq öz istədiyimiz şou-biznes nümayəndələrini parodiya etmişik. Bu, zənglə, istəklə olan şey deyil. Biz heç zaman bu cür şeylərə önəm verməmişik. Həmin gün parodiya etdiyimiz şəxslər arasında həmişəki kimi dövlət rəsmiləri də olacaq. Bu dəfə parodiya edəcəyimiz dövlət rəsmiləri arasında yeni simalar da olacaq”. Martın əvvəllərindən bütün aktyorların ciddi cəhdlə məşqlərdə iştirak etdiyini deyən teatr rəhbəri, dörd gün ərzində tamaşaçılara unudulmaz gecə vəd edir: “Biz çox çalışırıq ki, hər bir gün tamaşaçılar bizdən razı getsinlər. Bütün biletlərin satılması və dörd günlük tamaşanın anşlaqla baş tutacağı hər birimizi fərəhləndirir. Bu o deməkdir ki, bizim 20 illik əziyyətimiz boşa getməyib”.

Qeyd edək ki, 1, 3, 4 və 5 aprel tarixlərində Heydər Əliyev Sarayında “Planet Parni iz Baku” KVN teatr kollektivi “Ağ-qara” adlı yeni proqramla izləyicilərin görüşünə gələcək. Tamaşanın tərtibatı üzərində 60-dan çox insan çalışır. Dörd günlük proqramın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR