Bank Of Baku

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə Ukraynadadır – FOTOSESSİYA

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə Ukraynadadır – <font color=red>FOTOSESSİYA </font>
# 29 mart 2010 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə bu gün Ukraynaya gedib. APA-nın müğənninin rəsmi internet sayına istinadən yaydığı xəbərə görə, hazırda Kiyevdə olan təmsilçi elə bu gün Ukraynanın M1 televiziya kanalının “Gutten Morgen” adlı səhər proqramında iştirak edib. Azərbaycan təmsilçisinin qonaq olduğu səhər proqramı Nastya və reper Potapın aparıcılığı ilə baş tutub. Proqramda S. Əlizadə müsabiqə ilə bağlı verilən suallara cavab verib və maraqlı çıxışları ilə yadda qalıb. Aparıcılar isə öz növbələrində Səfurə Əlizadənin artıq müsabiqəyə hazır olduğunu tamaşaçıların diqqətinə çatdırıblar.

Qeyd edək ki, Səfurə Əlizadə 20 gün müddətində İsveçdə ciddi hazırlıq prosesi keçib. Təmsilçimizin mahnısı aranjeman olunub və yeni versiyada hazırlanıb. Eləcə də təmsilçi rəqs, dil və digər lazımi kurslar keçib. Hazırda isə Kiyevdə olan Səfurə Əlizadənin hələ bir müddət orada qalacağı nəzərdə tutulur. Təmsilçinin geyiminin Ukraynada hazırlanması, eləcə də son hazırlığın bu ölkədə keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR