Bank Of Baku

Moldovanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçiləri Azərbaycana gələcək – FOTO

Moldovanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçiləri Azərbaycana gələcək – <font color=red>FOTO </font>
# 30 mart 2010 11:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. May ayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Moldovanı təmsil edəcək Olya Tira və “SunStroke” qrupu Azərbaycana gələcək. APA-nın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə, artıq təmsilçilərin Avropa ölkələrinə promo-turları başlayıb.

Moldova təmsilçiləri promo-tur çərçivəsində Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belçika və də Kiprə də gedəcək. Onlar digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müsabiqədə ifa edəcəkləri “Run Away” mahnısını tanıtmaq niyyətindədirlər. Artıq bu mahnıya klip də çəkilib və nümayişinə başlanılıb.

Qeyd edək ki, Moldova təmsilçiləri mayın 25-də keçiriləcək I yarımfinalda 1-ci çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR