Bank Of Baku

“Eurovision”un icraçı direktoru: “Müsabiqənin qalibinin pul qarşılığında müəyyənləşdirildiyi iddiaları bizi ciddi narahat edir”

“Eurovision”un icraçı direktoru: “Müsabiqənin qalibinin pul qarşılığında müəyyənləşdirildiyi iddiaları bizi ciddi narahat edir”
# 31 mart 2010 11:37 (UTC +04:00)
Heç kimi “Eurovision”a qatılması üçün məcbur etmirik. Bundan əlavə, hər bir ölkə televiziya vasitəsilə və münsiflər heyətinin istəyi əsasında öz səsini verir. Bu nəticələr Almaniyada toplanır və hər ölkədən iki təmsilçinin iştirakı ilə səslər sayılır, nəticələr açıqlanır. Satılma, hiylə və bu kimi başqa hallardan söhbət belə gedə bilməz”. APA-nın məlumatına görə, bu sözləri İsveçrənin DRS televiziyasına açıqlamasında “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius deyib. O, “Eurovision” mahnı müsabiqəsinin 1956-cı ildən bəri hər il keçirildiyini və kimlərinsə istəyindən asılı olmayaraq bundan sonra da davam edəcəyini söyləyib: “Müsabiqənin keçirilməsində məqsəd Avropa Yayım Birliyinə daxil olan ölkələr arasında yayım birliyini və əməkdaşlığı təmin etməkdir”.
Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələri bir neçə ildir ki, “Eurovision” mahnı müsabiqəsində 1-ci yerin final gecəsindən öncə satıldığı ilə bağlı yazılar dərc edirlər. Eyni zamanda, bu il yarışmada birinciliyin Azərbaycana satıldığı da iddia olunur. Müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) bu iddiaların əsassız olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR