Bank Of Baku

“Miss Azərbaycan-2010”un aparıcılığını Leonid Yakuboviç həyata keçirəcək

“Miss Azərbaycan-2010”un aparıcılığını Leonid Yakuboviç həyata keçirəcək
# 01 aprel 2010 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Miss Azərbaycan-2010” gözəllik yarışmasını Rusiyanın tanınmış teleaparıcısı Leonid Yakuboviç idarə edəcək. Bu barədə APA-ya “Miss Azərbaycan-2010” müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib. Final şousunda “Ricchi e Poveri” və “Morandi” kimi məşhur qrupların iştirakı da nəzərdə tutulur.
Artıq “Miss Azərbaycan-2010” müsabiqəsinin münsiflər heyətinin fəxri üzvləri də təsdiqlənib. Münsiflər heyətinin fəxri üzvləri arasında “Tokio Cinema” kino şirkətinin rəhbəri Каzуо Оkoada da olacaq. Əsasən sənədli filmlər çəkən bu şirkət Azərbaycanda keçiriləcək gözəllik yarışması haqqında da sənədli film çəkməyi planlaşdırır. “Miss Universe” nümayəndəsi Pedro Fransisko da münsiflər heyətində olacaq. “Miss Azərbaycan-2010”un qalibi Azərbaycanı “Miss Universe” müsabiqəsində təmsil etmək hüququ qazanacaq.
Qeyd edək ki, müsabiqənin ilk seçim mərhələsi başa çatıb və yarışmada iştirak etmək istəyənlərin sənədləri qəbul olunub. Müraciət edənlər arasında Bakı ilə yanaşı, Gəncə, Cəlilabad və Ağsu sakinləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR