Gürcüstanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Sofo Nijaradze: “İnanmaq istərdim ki, “Eurovision” müsabiqəsi ədalətli keçirilir” – MÜSAHİBƏ - FOTOSESSİYA
- “Eurovision-2010” mahnı müsabiqəsinə artıq çox az vaxt qalıb. Hazırlığınızı necə qiymətləndirirsiniz?
- “Eurovision” müsabiqəsində ifa edəcəyim “Shine” mahnısı Londonda lentə alınıb. Mahnının sinqli çox yaxşı hazırlanıb, hazırlıqlarda mənə çox peşəkar insanlar kömək edir. Bu cür insanlarla işləmək mənim üçün xüsusi bir zövqdür. Xoreoqrafiya üzərində tanınmış rejissor işləyir. Rəqqaslar isə Fransadandır. İki gürcü qızı isə bek-vokal olaraq mənimlə birgə səhnəyə çıxacaqlar. “Shine” mahnısının klipi isə artıq hazırdır və klipin çəkilişləri Kiyevdə baş tutub. Gənc və çox bacarıqlı qadın rejissorla işlənilib. Ciddi hazırlıq gedir, çünki mahnı kifayət qədər mürəkkəbdir, xoreoqrafiya da var və mən səhnədə elə-belə dayanıb oxumayacağam, hərəkət və rəqs edəcəyəm.
- Münsiflər heyətində olsaydınız, öz mahnınızı və ifanızı neçə balla qiymətləndirərsiniz?
- Özünü qiymətləndirmək çox çətin bir şeydir, gərək bunu tamaşaçılar etsinlər. Ancaq mən yüksək bal qazanmaq üçün əlimdən gələni edəcəyəm. Müsabiqənin bütün digər iştirakçıları da yəqin ki, mənim kimi düşünür, çünki müsabiqəyə gedənlər 2-ci, 3-cü, ya da 4-cü yer haqqında düşünmür, hamı yalnız ən yaxşı nəticə göstərməyə çalışır və bunun arzusunda olur. Desəm ki, yaxşı nəticə istəmirəm, buna heç kim inanmaz, bu yalan olar. Hamı ən yaxşı nəticə əldə etmək istəyir. Amma əvvəlcədən buna proqnoz vermək mümkün deyil. İnsanlara nə xoş gələcək, bunu demək mümkün deyil. “Eurovision” elə bununla da fərqlənir ki, onun mahnı formatı yoxdur. Müsabiqənin formatına uyğun olmayan mahnı da qalib ola bilər. Bir tərəfdən bu yaxşıdır, digər tərəfdən isə həyəcan keçiririk ki, görəsən bunu insanlar necə qəbul edəcək.
- Finala vəsiqə qazansanız, 12 balı hansı ölkədən gözləyirsiniz?
- Sözsüz ki, 12 bal gözlədiyim ölkə var və bunlar yaxın, qonşu ölkələrdir. Bu sırada Azərbaycan, Türkiyə, Ukrayna, Ermənistan da var. Bu ölkələrlə biz dostuq, sıx münasibətlərimiz var. Sözün açığı Azərbaycandan 12 bal gözləyirəm.
- Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisinin seçilməsi münasibəti ilə keçirilən milli finalda Siz də iştirak edirdiniz. Səfurə Əlizadənin müsabiqədə ifa edəcəyi “Drip Drop” mahnısını necə qiymətləndirirsiniz? Səfurəni özünüzə rəqib görürsünüzmü?
- Səfurə mənim çox xoşuma gəldi, bacarıqlı ifaçıdır. Mahnı da çox yaxşıdır. Mənim digər ifaçıların mahnılarından da çox xoşum gəldi. Rəqib sözünü sevmirəm, amma yüksək nəticə uğrunda düşünürəm ki, çox ölkə mübarizə aparacaq. Bu da təbii haldır.
- Yəqin ondan da xəbərdarsınız ki, bukmekerlər əsasən Azərbaycan, İsrail və Almaniyanın ön sıralarda olacağını bəyan edirlər. Onların qələbəni başqa ölkələrə vəd etmələri hazırlığınıza təsir edirmi?
- Əlbəttə ki yox... Ölkəmi yaxşı təmsil etmək, yüksək səviyyədə çıxış etmək üçün əlimdən gələni edirəm. Nə olacağını bu başdan bilmək olmaz. O nəticələrlə işimizi qursaq, gərək o zaman təslim olaq, gedib müsabiqədə daha iştirak etməyək. Müsabiqə öncəsi bu cür fikirlər hər zaman səslənir. Amma bəzən nəticələr tam da üst-üstə düşmür. O səbəbdən də Gürcüstanın müsabiqədə ön sıralarda olması üçün var-gücümlə çalışıram.
- Bəs Sizin proqnozunuza görə birincilik hansı ölkədə ola bilər?
- İnsan müsabiqəyə gedərkən ora qələbə qazanmaq üçün gedir. Hər bir iştirakçı ürəyində birincilik fikirləşir. Qismətdən də çox şey asılıdır, qismətdə nə varsa, o da olacaq. Öncədən bununla bağlı proqnoz vermək mümkün deyil, amma ürəyimdən Gürcüstanın birinciliyi keçir...
- Son illər bir çox ölkə mətbuatında ““Eurovision” müsabiqəsində qələbəni ifa ilə yox, pulla da almaq olar kimi” yazılar dərc olunur. Sizcə bu müsabiqə ədalətli keçilir?
- Mən istərdim bunun belə olmadığına inanım. Düşünürəm ki, münsiflər heyəti də, səs verən insanlar da həqiqətən layiq bildikləri insana səslərini verəcəklər.
- Bu müsabiqədə uğur qazanma üçün Sizcə başqa hansı faktorlar önəmlidir?
- Mahnı da uğurlu olmalıdır, səs də yaxşı olmalıdır, vizual görünüş də, eləcə də xoreoqrafiya, geyim də. Bunların çox böyük önəmi var. Hər şey bir-birini tamamlamalı və yadda qalmalıdır. Bizim hazırladığımız şouda da bütün bunlar cəmləşib.
- Bilirik ki, çox müsabiqələrdə iştirak etmisiniz və uğurunuz da yetərincədir. “Eurovision” müsabiqəsində iştirak etmək istəyi nədən qaynaqlandı?
- Bəli, çox müsabiqələrdə iştirak etmişəm. Bu bir tərəfdən yaxşıdır, çünki təcrübə toplayırsan. İştirak etdiyim müsabiqələrdə vəziyyət tamam başqa idi, “Eurovision” isə çox fərqlənir. “Eurovision”da səslər əsasən ölkə üçün gəlir, axı səslər ölkə üçün gələndə bu, daha böyük məsuliyyətdir. Belə olan halda iştirakçı daha çox həyəcanlanır. Bir dəfə qələbə çalmaq o demək deyil ki, o biri yarışda da qələbə çalacaqsan. Ona görə də daim işləmək lazımdır, irəli getmək mütləqdir. Qələbəni zəhmətlə qazanmaq lazımdır, başqa yollarla qələbə qazanmaq isə ən asan üsuldur. Bu, insanı çox uzaqlara apara bilməz və bununla insanın yüksəlməsi mümkün deyil.
- Azərbaycanda səfərdə olmusunuz. Maraqlıdır, mədəniyyətimiz haqqında hansı bilgilərə sahibsiniz?
- Sonuncu dəfə Azərbaycanda olanda çoxsaylı dəyişiklər gördüm. Bu, məni çox sevindirir. Azərbaycanın əməkdar artisti fəxri adını daşıyan Manananı tanıyıram. Uşaq vaxtdan tanıdığım bu insanı həm müğənni, həm də bir insan kimi çox sevirəm. Sizin milli finalda çıxış edən Məryəm Şabanova, “Milk&Kisses” qrupunu, eləcə də “Eurovision-2009” müsabiqəsində ölkənizi uğurla təmsil edən Ayseli tanıyıram və hər birini çox sevirəm. Azərbaycanda çoxsaylı istedadlı uşaqların olması məni çox sevindirir. Onların çox yaxşı səsləri var.
- Müsabiqədən sonra Azərbaycana gəlməyi planlaşdırırsınızmı?
- Azərbaycana gəlməyi çox istərdim. Hazırda müsabiqəyə hazırlıqlar gedir. Aprelin birinci yarısında promo-tur çərçivəsində Azərbaycana gəlməyim də gözlənilir. Mən həm Azərbaycana, həm də digər bütün ölkələrə müsabiqədə uğurlar arzulayıram. Əminəm ki, hər bir iştirakçı layiq olduğu yeri qazanacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib