Bank Of Baku

Türkiyədə İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzi açılıb – FOTOSESSİYA

Türkiyədə İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzi açılıb – <font color=red>FOTOSESSİYA </font>
# 05 aprel 2010 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aprelin 4-də İstanbuldakı otellərin birində İlhamə Quliyeva adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. Bu barədə APA-ya məlumat verən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bildirib ki, açılış mərasimində mərkəzin direktoru Sərxan Kərəmoğlu çıxış etdikdən sonra hər iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran açılış lentini kəsib. Tədbirdə iştirak edən Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimləri, bir sıra iş adamları və incəsənət xadimləri İlhamə Quliyevanı mərkəzin açılışı münasibəti ilə təbrik ediblər, ən xoş arzularını çatdırıblar. Türkiyənin TMB kanalının rəhbəri Naim Burak Elçi bildirib ki, mərkəz tez bir zamanda öz sözünü deyəcək, Türkiyə və Azərbaycanda nüfuzlu mədəniyyət ocağı kimi öz yerini tapacaq. Xeyli insanın iştirak etdiyi tədbirdə mərkəzin ayrıca binasının olması təklifi irəli sürülüb. Konsertdə olduğu üçün, açılışda da iştirak edə bilməyən müğənni Bülənt Ərsoyun nümayəndəsi təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, məktubunda mərkəzdə İlhamə Quliyeva ilə ortaq konsert verməyi arzuladığını yazıb.
Mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycan və Türkiyə birliyinə verdiyi qiyməti özündə əks etdirən şeri isə Aybəniz Güllər oxuyub. Mərasim İlhamə Quliyevanın çıxışı ilə yekunlaşıb. O, mərasimdə özünün hit mahnılarını ifa edib.

Qeyd edək ki, hazırda İstanbulda səfərdə olan İlhamə Quliyeva Türkiyənin bir sıra kanallarına dəvət alıb. O bir sıra verilişlərə qonaq simində qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR