Bank Of Baku

Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlər verir

Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlər verir
# 05 aprel 2010 23:26 (UTC +04:00)
Bakı-APA. Türk pop musiqisinin ulduzu Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlərinə başlayıb. Vaşinqton yaxınlığında Bethesda şəhərindəki Stratmor konsert salonunda keçən ilk konsertə Turk of America cəmiyyəti sponsorluq edib. Sənətçinin şarkılarını yenidən dinləmək arzusu ilə konsertə 1800-ə qədər adam gəlib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, müğənnini konsertdə onun ansamblı və Amerikada tanınan musiqiçi Fahir Atakoğlu müşayiət edib.

Vaşinqtonda konsertdən sonra Sezen Aksu aprelin 6-da Nyu Yorkun mötəbər Karneqi konsert salonunda, aprelin 7-də isə Nyu Cersi ştatının Nyuvark şəhərində Sənət mərkəzində konsertlərlə çıxış edəcək.

Sezen Aksu sonuncu dəfə Amerikada 2000-ci ildə konsert verib. "Türk pop musiqisinin kraliçası" və "Minik Serçe" ləqəbləri ilə tanınan Sezen Aksunun dünyada 40 milyondan artqı diski satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR