Bank Of Baku

“Planet parni iz Baku” KVN Teatrı “Ağ-qara” konsert proqramının nümayişini başa çatdırıb – FOTO

“Planet parni iz Baku” KVN Teatrı “Ağ-qara” konsert proqramının nümayişini başa çatdırıb – <font color=red>FOTO</font>
# 06 aprel 2010 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Planet parni iz Baku” KVN Teatrının dörd günlük nümayişi başa çatıb. APA-nın məlumatına görə, aprelin 1-i, 3-ü, 4-ü və nəhayət 5-də Heydər Əliyev Sarayında “Ağ-qara” adı altında gerçəkləşən bu nümayişin sonuncu günündə teatr kollektivinin yorğunluğu yetəri qədər hiss olunub. Aktyorların səhnəyə yorğun çıxmalarının sübutu onların səhnədəki çoxsaylı səhvləri olub. Bu yorğunluq əsasən Tahir və Cabir İmanovlarda nəzərə çarpıb. Çıxışın anşlaqla keçməməsi və tamaşaçıların daha çox dəvətnamə ilə gəlmələri teatr kollektivinin bu cür çıxış etməsinə səbəb olub. Elə proqramın 45 dəqiqə gec başlaması da aktyorların yorğun olmalarına səbəb kimi göstərilə bilər. Tamaşaçılar arasında uşaq evlərinin sakinlərinin də iştirak etməsi diqqət çəkib. Tahir İmanovun rəhbərlik etdiyi “Planet parni iz Baku” KVN Teatrının dörd günlük konsert proqramını daha çox iki öncəki gün izləyən tamaşaçılar Heydər Əliyev Sarayından məmnunluqla ayrılıblar. Tamaşaçıların kollektivin bu yorğun çıxışını görüb, konsert salonunun daha tez tərk etməsi isə Tahir İmanovu özündən çıxarıb: “Mən əminəm ki, burada hər hansısa bir xarici müğənni olsaydı, hamınız sona kimi oturub ona baxacaqdınız”. Bu sözləri bədii rəhbər onların konsertini daha tez tərk edən çoxsaylı tamaşaçılara ünvanlandırıb.

Qeyd edək ki, “Ağ-qara” adlanan bu proqram əslində tam olaraq “Kia Motors” avtomobil şirkətinin reklamına həsr olunub. Hətta bu avtomobil şirkətinin yüksək səviyyəli reklamı üçün ayrıca “Avtomobillərin toyu” nömrəsi də hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR