Bank Of Baku

“Eurovision -2010” Azərbaycan mahnısı “Drip drop” Ukraynanın radio dalğalarında səslənir - FOTO

“Eurovision -2010” Azərbaycan mahnısı “Drip drop” Ukraynanın radio dalğalarında səslənir - <font color=red>FOTO</font>
# 07 aprel 2010 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin müsabiqədə ifa edəcəyi “Drip drop” mahnısı Ukraynanın müxtəlif radio dalğalarında səsləndirilir. APA-nın təmsilçinin internet saytına istinadən yaydığı xəbərə görə, Ukraynanın “GALA” radio, “Hit FM” və “Nashe radio”larında gün ərzində mahnının son versiyasına bir neçə dəfə yer ayrılır. İsveçli müəlliflərə məxsus olan bu mahnının son versiyasında Azərbaycanın milli musiqi alətləri – ney, balaban, qaval, zərb və bəndirdən istifadə olunub. Hazırda isə Ukraynada mahnının video-roliki hazırlanır.

Azərbaycan təmsilçisinin bu günlərdə Ukraynanın MTV kanalında canlı verilişdə qonaq olacağı gözlənilir. Bu verilişin aparıcılığını VJ Avdey həyata keçirir. Bununla yanaşı, S. Əlizadə Ukraynanın “Channel 24” televiziya kanalına, “Express” qəzetinə və “Pink” jurnalına müsahibə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR