«Miss Azerbaijan-2010» gözəllik müsabiqəsində 24 qız mübarizə aparacaq
Konfransda çıxış edən «Miss Azerbaijan-2010» müsabiqəsinin prodüseri Nazim Səmədov bildirib ki, ümumilikdə müsabiqədə iştirak etmək üçün 80-a yaxın qız təşkilat komitəsinə müraciət edib: «Müraciət edənlər arasında müsabiqənin şərtlərinə uyğun olmayanlar, eyni zamanda digər ölkə vətəndaşları da iştirak etmək istəyib. Onlar arasında Rusiya, Britaniya, Estoniya vətəndaşları olub, ancaq biz əvvəlcədən elan etmişdik ki, yarışmada ancaq Azərbaycan vətəndaşı olanlar iştirak edə bilər».
Qeyd edək ki, seçim 10 nəfərlik münsiflər heyəti tərəfindən aparılıb və sonda 30 yarımfinalçı müəyyənləşib. Lakin bunlardan 6-sı müəyyən səbəblərə görə müsabiqədə iştirakdan imtina edib. Yarışmaya qatılmayan 3 qızın valideynləri övladlarının müsabiqədə iştirak etməsinə qarşı çıxıb.
N.Səmədov bildirib ki, münsiflər heyətinə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və bir neçə tanınmış simalar dəvət olunub. Mətbuat konfransında iştirak edən münsiflər heyətinin üzvü F.Xələfova Azərbaycanda yenidən gözəllik müsabiqəsinin keçirilməsini olduqca müsbət qarşılayıb: «Azərbaycanda ilk gözəllik müsabiqəsi 1997-ci ildə keçirilib. Əgər bu ənənə varsa, nədən müsabiqə bu il keçirilməsin. Beynəlxalq aləm bu cür yarışlarda çox maraqlıdır. Müsabiqə iştirakçılarından heç bir məsləhətimi əsirgəməyəcəyəm. Həm lazımi məsləhətlər verəcəyəm, həm geyim baxımından iştirakçıları təmin edəcəyəm, həm də obyektiv münsif kimi öz seçimimi edəcəyəm».
Mayın 23-də Heydər Əliyev Sarayında keçiriləcək final konsertində Rumıniyanın «Morandi» qrupu, «Ricci&Poveri» qrupları çıxış edəcək. Tanınmış rusiyalı şoumen Leonid Yakuboviç isə «Miss Azerbaijan-2010» müsabiqəsini idarə edəcək.
Müsabiqənin bədii rəhbəri, «Fashion Models School» model agentliyinin rəhbəri Lyubov Qutorova bildirib ki, yarımfinala keçmiş qızlar üzərində hazırda ciddi hazırlıq işlər aparılır. Təşkilatçılar bildiriblər ki, aprelin 12-də «Miss İntellekt» və «Miss İstedad», aprelin 16-da «Miss İdman», aprelin 23-də «Miss Top-model» nominasiyalarının təqdimatının, aprelin 27-də «Miss Azerbaijan-2010» müsabiqəsinin 14 finalçısının müəyyən edilməsi nəzərdə tutulur.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib