Bakıda səfərdə olan 50 Cent Azərbaycan haqqında film çəkəcək - FOTOSESSİYA
Konfransa nə az, nə çox 1 saat gecikən reper media mənsublarının qarşısına idman geyimində çıxıb. İlk əvvəl Azərbaycan xalqını salamlayan 50 Cent Bakıda olmaqdan məmnunluğunu bildirib. Reper ilk dəfə Azərbaycanda olduğunu diqqətə çatdıraraq, bu səfər çərçivəsində Bakını gəzəcəyini deyib: «Hava limanından enəndən sonra birbaşa mehmanxanaya gəlmişəm. Ona görə də indi heç bir şey deyə bilməyəcəyəm. Mən Bakı haqqında çox məlumatlı deyiləm. Amma bu səfərdə Azərbaycan haqqında məlumat toplayacağam. Özümlə video-kamera da gətirmişəm ki, Bakıda keçirdiyim günləri, gəzəcəyim hər yeri lentə alım və arxivimə daxil edim».
İki aydır turneyə çıxan reper sonuncu səfərinin Azərbaycan olduğunu deyib. Eminemi özünə rəqib bilmədiyini deyən 50 Cent Castin Timberleyklə duet oxuduğunu etiraf edib. 50 Cent hazırda ən böyük arzusunun yeni açdığı kinoşirkətin işə başlaması olduğunu deyib: «Arzularım həyata keçir. Ancaq hazırda ən böyük arzum açdığım yeni film şirkətinin işini başlatmaqdır. Azərbaycandan qayıdandan sonra ilk işim bu şirkətdə yeni filmin çəkilişlərini başlamaq olacaq. Bu filmdə özüm də oynayacağam. Eyni zamanda mənim Azərbaycan haqqında da film çəkmək niyyətim var. Burda aparacağım çəkilişlərdən ibarət Azərbaycan haqqında film çəkəcəyəm».
Daha sonra 50 Cent yeni albomunun hazırlandığını bildirib və bu albomun yay aylarında hazır olacağını deyib: «İstəyirəm hər işim peşəkar olsun. Repersevərlərə peşəkar albom təqdim etmək üçün albomun hazırlığı bu qədər uzun çəkdi». Dünyaca tanınmış reperlə mətbuat konfransı əvvəlcədən də xəbərdarlıq edildiyi kimi 20 dəqiqə davam edib.
Qeyd edək ki, 50 Centin Bakıya səfərinin təşkilatçısı «Korsika Lounge», PR təşkilatçısı «Sky Group», mid-agent isə «Mamedia» şirkətidir. Konsert proqramının əsas məqsədi həm də reperin «Before I Self Destruct» adı ilə satışa çıxardığı yeni albomunun tanıtımıdır. «Buta Palace»ın səhnəsində 50 Centlə yanaşı tanınmış rep qrupu «G-Unit»in məşhur simaları Lloyd Banks, Toni Yayo və DJ Who Kidd çıxış edəcəklər. Konsertin daha bir sürprizi isə Azərbaycanın tanınmış rep qrupu «Dəyirman»ın iştirakı ilə bağlıdır. 50 Centin çıxışından sonra, dünyada tanınmış rəqs brendi olan «Unidance»ın rəqqasları və azərbaycanlı Dj Mansur disko-proqramı davam etdirəcəklər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib