Bank Of Baku

Aysel Teymurzadə repertuarına yeni mahnı əlavə edib

Aysel Teymurzadə repertuarına yeni mahnı əlavə edib
# 15 aprel 2010 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycana üçüncülük qazandıran AySel Teymurzadə repertuarına yeni mahnı daxil edib. Yeni mahnının sözləri Baba Vəziroğluna məxsusdur və “Sən” adlanır.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun APA-ya verdiyi məlumata görə, müəlliflərin və ifaçının birgə qərarı ilə mahnı iki versiyada yazılıb. Tezliklə bunun ekran həllinin olacağı gözlənilir: “Klip çəkilişi üçün qərar verilib, amma kimin çəkəcəyi hələ bəlli deyil. Bu barədə fikirləşirik. “Sən” adlı mahnı üslub etibarı ilə Aysel Teymurzadənin yaradıcılığı üçün yenilik sayılır”.

Mahnının söz müəllifi kiçik musiqi əsərinin müasir ritmlər üzərində yazıldığını diqqətə çatdırıb. Müəlliflərlə əməkdaşlığından danışan Aysel Teymurzadə isə fikrini belə izah edib: ““Sən” yayın ritminə uyğun məhəbbət mahnısıdır və onun dinləyicilər tərəfindən seviləcəyinə inanıram. Yaxın günlərdə mahnı radio dalğalarında səsləndiriləcək və onun klipi də olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR