Bank Of Baku

İlhamə Quliyeva: “Qısqanclıqdan məni heç kim təbrik etmədi” – FOTO

İlhamə Quliyeva: “Qısqanclıqdan məni heç kim təbrik etmədi” – <font color=red>FOTO </font>
# 16 aprel 2010 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İstanbulda mənim adımı daşıyan Mədəniyyət Mərkəzində çoxsaylı tədbirlərin həyata keçirilməsini arzulayırıq. Orada hətta mənim şəxsi münasibətim olmayan və ya pis olan sənət insanlarının da gecələrinin keçirilməsi, konsertlərin təşkili mümkün olacaq. Hətta bir çox tədbirlərdə özüm şəxsən iştirak etmək niyyətindəyəm. Yaxın vaxtlarda isə artıq bu Mədəniyyət Mərkəzinin Ankarada da filialının açılması nəzərdə tutulur”. APA-nın məlumatına görə, bu sözləri xalq artisti İlham Quliyeva İstanbulda təntənəli açılış mərasimi keçirilən İlhamə Quliyeva adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinə həsr olunmuş mətbuat konfransında deyib. Xalq artisti təntənəli açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın, Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimlərinin, bir sıra iş adamlarının və incəsənət xadimlərinin iştirak etdiyini bildirib. İ. Quliyeva belə bir mərkəzin onun sağlığında açılmasını yüksək qiymətləndirdiyini dilə gətirib: “Təəssüfləndiyim hal isə odur ki, bu mərkəzin açılışından qayıtdıqdan sonra, eləcə də “Sənət kraliçası” kimi bir mükafat aldıqdan sonra məni burada heç bir müğənni təbrik etmədi. Müxtəlif tədbirlərdə, çəkilişlərdə mənimlə mehribancasına qucaqlaşıb görüşdülər, ancaq qısqanclıqdan təbrik etmədilər. Mən isə onların hər birinə bu cür mükafatlara layiq görülməyi arzu edirəm və bunu ürəkdən istəyirəm”.

Xalq artisti bu il ərzində Azərbaycan və Türkiyədə yaradıcılıq fəaliyyətinin 45 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcəyini də diqqətə çatdırıb. Tədbirdə mədəniyyət mərkəzinin açılışından video-kadrlar nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR