Bank Of Baku

Cənubi və qərbi Avropada hökm sürən buludlu hava şəraiti “Eurovision-2010” mahnı müsabiqəsinin hazırlıq prosesinə də təsirini göstərir

Cənubi və qərbi Avropada hökm sürən buludlu hava şəraiti “Eurovision-2010” mahnı müsabiqəsinin hazırlıq prosesinə də təsirini göstərir
# 17 aprel 2010 20:30 (UTC +04:00)
Məlumatda bildirilib ki, bu ilki müsabiqəyə ev sahibliyi edəcək Norveçin NRK televiziyasının çəkiliş qrupu müsabiqədə iştirak edəcək 39 ölkənin hər birində video-çarxın çəkmək üçün uçuşlar təşkil edirlər.

10 Avropa ölkəsində uçuşların həyata keçirilməsi isə çətinləşib, ancaq buna baxmayaraq NRK-nın çəkiliş qrupu bu çəkilişləri həyata keçirəcək.

Hər ölkə haqqında hazırlanacaq video-rolik isə 35 saniyədən ibarət olmalıdır. Hər ölkə üçün hazırlanacaq çarxda fanatların salamları da olacaq.

Çəkiliş qrupundan Ragnhild Skale müsabiqənin rəsmi internet saytına bildirib ki, bütün bu çətinliklərə baxmayaraq çəkilişlər uğurlu keçir: “Hazırda avtobusla Kopenhagendən Stokholma ordan da gəmi ilə Helsinkiyə yola düşəcəyik. Növbəti həftə üçün postcard siyahısında olan ilk ölkə İslandiyadır. Eyni zamanda Londona və Dublinə getməliyik. Hava şəraiti ilə əlaqədar ortaya çıxan çətinliklərlə bağlı hər hansı ölkədə keçiriləcək çəkilişləri təxirə salmaq mümkünsüzdür, çünki siyahı əvvəldən hazırlanıb”.

Məlumatda bildirilib ki, iştirakçı olan 39 ölkənin hər birində bu video-çarxlar hazırlanacaq və hərəsi 35 saniyə müddətində olacaq. Hazırlanan roliklər isə müsabiqə zamanı hər bir ölkə təmsilçisinin çıxışından əvvəl yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR