Bank Of Baku

“Milk&Kisses” qrupu Yurmalada keçiriləcək “Yeni dalğa - 2010” festivalında ölkəmizi təmsil edəcək – FOTO

“Milk&Kisses” qrupu Yurmalada keçiriləcək “Yeni dalğa - 2010” festivalında ölkəmizi təmsil edəcək – <font color=red>FOTO </font>
# 19 aprel 2010 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yurmalada keçiriləcək “Yeni dalğa - 2010” beynəlxalq musiqi yarışmasında təmsil olunacaq. APA-nın məlumatına görə, müsabiqədə ölkəmizi tanınmış “Milk&Kisses” qrupu təmsil edəcək. İyunun 27-dən avqustun 1-dək keçiriləcək beynəlxalq musiqi yarışmasında 16 iştirakçı təmsil olunacaq. Müsabiqənin münsiflər heyətinin rəhbəri tanınmış bəstəkar və ifaçı İqor Krutoydur. Müsabiqənin I yer qalibi diplom və 50 min avro, II yer 30 min avro, III yer isə 20 min avro dəyərində pul mükafatı ilə təltif olunacaq. Müsabiqənin ən yaxşı ifaçısı sms səsverməsi ilə tamaşaçı tərəfindən müəyyənləşdiriləcək. Azərbaycanla yanaşı bu müsabiqədə Rusiya, Ukrayna, Belarus, Estoniya, Braziliya, Ermənistan və digər ölkələr də iştirak edir. Tədbirin sonunda isə müsabiqə təmsilçilərinin iştirakı ilə qala-konsertin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Milk&Kisses” qrupunun üzvləri Dilarə Kazımova və Fəridə Nelsondur. Bu qrup Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək məqsədi ilə keçirilən milli seçimlərdə iştirak edib və milli finala vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR