Bank Of Baku

Məşhur aktyor Robert Pattinson Bakıda olub - FOTOSESSİYA

Məşhur aktyor Robert Pattinson Bakıda olub - <font color=red>FOTOSESSİYA</font>
# 19 aprel 2010 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tanınmış Hollivud ulduzu Robert Pattinson Azərbaycana gəlib. APA-nın məlumatına görə, bir neçə gün Bakıda olan Robert Pattinson paytaxtımızı gəzib. Eləcə də aktyor Bakıda fəaliyyət göstərən tanınmış geyim markalardan biri “Etro” mağazasında da olub. Robert Pattinsonun ölkəmizə səfərinin Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısının klipində çəkilməsi məqsədi daşıdığı da istisna olunmur. Belə ki, S. Əlizadə bu müsabiqədə təmsilçilik hüququ qazandıqdan sonra dəfələrlə müsahibəsində bu aktyoru çox sevdiyini, onunla birgə duet oxumaq arzusunda olduğunu və müsabiqə klipində məhz bu aktyorla tərəf-müqabili olmaq istədiyini bildirib. Nəzərə alsaq ki, Səfurə Əlizadənin müsabiqəyə hazırlığını məşhur simalar həyata keçirir, o zaman Robert Pattinsonun da Azərbaycanın “Eurovision-2010” müsabiqəsinin klipində çəkilməsi istisna olunmur. Robert Pattinsonun əvvəl Azərbaycanda əməkdaşlıqla bağlı görüşlərinin keçirildiyi və daha sonra klipin çəkilişi üçün Kiyevə getdiyi bildirilib.

Səfurə Əlizadənin klipinin çəkilişləri artıq başa çatıb. Təmsilçimizin klip çəkilişlərini Rupert Ueynrayt həyata keçirib. Müğənninin səhnə obrazı üzərində tanınmış Tanya Jill, rəqsləri üzərində isə Beyonsla əməkdaşlıq edən Jaguel Nayt işləyib. Klipin süjet xətti barədə hələ məlumat verilməsə də, klipin bir qisminin su altında çəkildiyi bildirilib. Klipin təqdimatı isə aprelin 28-də baş tutacaq.

Qeyd edək ki, Robert Pattinson Strasburq Beynəlxalq Film festivalı -2008 mükafatının ən yaxşı aktyoru, 2010-cu ildə ABŞ-da “Xalqın seçimi” mükafatını qazanıb, “MTV Movie Award” mükafatının üç nominasiyasında qalib olub. Bundab başqa o, Hollivud “Empire Award”da 2009 və 2010-cu illərdə ən yaxşı aktyor mükafatına layiq görülüb. Onun son dövrlərdə çəkildiyi ən məşhur film “Alatoran”dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR