Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsil edəcək Səfurə Əlizadə klip çəkilişi zamanı ölüm təhlükəsi ilə üzləşib - FOTO

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsil edəcək Səfurə Əlizadə klip çəkilişi zamanı ölüm təhlükəsi ilə üzləşib - <font color=red>FOTO</font>
# 19 aprel 2010 14:51 (UTC +04:00)
APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, klipin müəyyən səhnələrinin çəkilişi ötən həftə sonu Kiyevdə beş ulduzlu oteldə baş tutub. Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: “Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlıq bildirirəm. Yoxsa həyatımı itirə bilərdim”. Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün “mən hazıram, bu səhnəni bir daha çəkək” olduğunu bildirib: “Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR