Bank Of Baku

“Miss Azərbaycan-2010” müsabiqəsinin daha 4 iştirakçısı müsabiqədən kənarlaşdırılıb

“Miss Azərbaycan-2010” müsabiqəsinin daha 4 iştirakçısı müsabiqədən kənarlaşdırılıb
# 26 aprel 2010 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 26-da “Miss Azərbaycan-2010” gözəllik yarışmasının final mərhələsində iştirak edəcək 14 gözəlin seçimi keçirilib. APA-nın məlumatına görə, seçimdə mayın 23-də Heydər Əliyev Sarayında keçiriləcək final mərhələsində “Miss Azərbaycan-2010” adı uğrunda mübarizə aparacaq 14 qız 24 deyil, 20 iştirakçı arasından seçilib.

Müsabiqənin təşkilatçılığını həyata keçirən “Nur production”ın rəhbəri Nazim Səmədov yarımfinalda 24 iştirakçıdan 20-nin iştirak etməsinin səbəbini açıqlayıb. Məlum olub ki, son 24-ə vəsiqə qazanan Yuliya Kulikova, Aysel Xələfova, Ləman Əlizadə və Minarə Əhmədovanın bədənlərində tatuaj aşkarlandığından onlar müsabiqədən kənarlaşdırılıblar.

İştirakçılar həm münsiflər heyətinin, həm də media mənsublarının qarşısında çıxış edib və sualları cavablandırılıblar. Seçimdə münsiflər heyəti ilə bərabər media mənsublarının da rəyi nəzərə alınıb. Belə ki, media mənsubları onlara verilən xüsusi blankda seçdikləri iştirakçıların adlarını qeyd ediblər. Münsiflər heyətinin son qərarı aprelin 30-da açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR