Bank Of Baku

Türkiyəli sənətçi Ekin Akkaş Bakıya gəlib - FOTO

Türkiyəli sənətçi Ekin Akkaş Bakıya gəlib - <font color=red>FOTO</font>
# 27 aprel 2010 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yaradıcılığına vətənpərvərliklə bağlı mahnılarla başlayan bəstəkar Aybəniz Güllər Azərbaycan-Türkiyə birgə mədəniyyəti ilə bağlı layihə həyata keçirir. APA-nın məlumatına görə, artıq layihə çərçivəsində türk müğənnisi Ekin Akkaş Bakıya dəvət olunub. Bundan başqa, layihədə xalq artisti Məleykə Əsədova, əməkdar artist Elza Seyidcahan da iştirak edəcək. Vətənpərvərlik mövzusunda olan “Bir ol, ayrılma deyir” adlı mahnının musiqisi Aybəniz Güllərə, sözləri Lətafət Ələkbərovaya aiddir. Layihə ilə bağlı APA-ya məlumat verən Aybəniz Güllər bildirib ki, türk müğənnisi bu gün Bakıya gəlib. Sabah isə studiyada layihədə iştirak edənlərlə birgə mahnının hazırlıq işlərinə başlanılacaq: “Bir bəstəkar olaraq hər zaman Azərbaycanla, vətənpərvərliklə bağlı mahnılara daha çox yer ayırıram. Ümid edirəm ki, bu mahnının sorağı çox ölkələrdən gələcək. Bununla bağlı materiallar hazırlandıqdan sonra klip işlərinə başlanılacaq. Türkiyədə çəkiləcək və film şəklində olacaq klipdə Heydər Əliyev və Atatürklə bağlı kadrlar yer alacaq. Ekran işi Türkiyə və Azərbaycan kanallarında, həmçinin TMB kanalında nümayiş olunacaq”.

Bəstəkar onu da bildirib ki, 19-a yaxın türk müğənnisi onun mahnısını ifa edəcək.
İlk dəfə Bakıya gəldiyini deyən türk müğənnisi Ekin Akkaş isə burada olduğundan məmnundur. Bir neçə gün şəhəri gəzəcəyini və mədəniyyət abidələri ilə tanış olacağını söyləyən Ekin Akkaş layihə ilə bağlı razılığını ifadə edir: “Aybəniz xanım mənə layihə ilə bağlı təklif edəndə düşünmədən “hə” cavabını verdim. Niyə də olmasın? Azərbaycan mənə əziz olan ölkədir. Hətta gələcəkdə fikirləşirəm ki, bir sıra layihələrimi Bakıda həyata keçirim. İki ulu öndərlə bağlı layihədə iştirak etdiyim üçün çox həyəcanlıyam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR