Bank Of Baku

“Drip drop” klipinin hazırlanmasında “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana və məşhur prodüser Aleksandr Ksyenofontov iştirak edib – FOTO

“Drip drop” klipinin hazırlanmasında “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana və məşhur prodüser Aleksandr Ksyenofontov iştirak edib – <font color=red>FOTO </font>
# 27 aprel 2010 13:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin “Dirp Drop” mahnısının klipinin hazırlanmasında 2004-cü ildə bu müsabiqənin qalibi olan Ruslana və onun həyat yoldaşı, tanınmış prodüser Aleksandr Ksyenofontov da iştirak edib. APA-nın məlumatına görə, hər iki peşəkarın dəstəyi ilə Kiyevdə Azərbaycanın “Drip drop” mahnısı ekran həllini tapıb. Məşhur simaların məhz bu ekran işi üçün bir araya gəldiyi klipin təqdimatı sabah baş tutacaq. “Drip drop” klipinin internet vasitəsi ilə təmsilçinin rəsmi internet saytında, televiziya vasitəsi ilə isə İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) efirində nümayiş olunacaq. Sabah təqdimatı keçiriləcək klipdə təmsilçimizlə bərabər ukraynalı rəqqaslar da çəkilib. Klipdə eləcə də məşhur Hollivud aktyoru Robert Pattinsonun çəkildiyi barədə də fikirlər səslənir. Bu məlumat isə sabah cavabını tapacaq. “Drip drop” klipinin təqdimatdan sonra bir sıra ölkələrdə nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, “Drip drop” mahnısının müəllifləri isveçli Anders Bagge, Stefan Örn və Sandra Bjurmandır. Tanınmış prodüseri Niklas Flikt isə bu mahnını aranjeman edib və mahnının prodüseridir. Klipin rejissoru Rubert Ueynaryt, Səfurə Əlizadənin xoreoqrafı JaGuel Nayt, stilisti və obrazı üzərində işləyən isə tanınmış Tanya Cilldir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR