Bank Of Baku

“Milk&Kisses” qrupu Yurmalada keçiriləcək beynəlxalq musiqi yarışmasında “Sarı gəlin”i ifa edəcək - FOTO

“Milk&Kisses” qrupu Yurmalada keçiriləcək beynəlxalq musiqi yarışmasında “Sarı gəlin”i ifa edəcək - <font color=red>FOTO</font>
# 28 aprel 2010 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı Yurmalada (Latviya) keçiriləcək “Yeni dalğa - 2010” beynəlxalq musiqi yarışmasında təmsil edəcək “Milk&Kisses” qrupu müsabiqə üçün 4 mahnı hazırlayır. Bu barədə APA-ya məlumat verən qrup üzvləri Fəridə Nelson və Dilarə Kazımova hər 4 mahnıda Azərbaycan ritmləri olacağını deyiblər: “Müsabiqənin seçimlərində səhnəyə çıxdıq və bir az çıxış etdikdən sonra Nino Katamadze bizi saxlayaraq seçimi keçdiyimizi bildirdi. İlk seçimdə 150-dən artıq ifaçı iştirak edirdi. Hər ifaçının özünəməxsus ifa tərzi bizim diqqətimizi çəkdi. Bu müsabiqə “Eurovision”dan çox fərqlidir. “Eurovosion”da bütün mahnılar eyni tərzdə olur, burada isə hər an fərqlilik ola bilər. Olduqca maraqlı bir müsabiqədir və bu müsabiqədə iştirak hüququ qazandığımızdan məmnunuq”.

Fəridə və Dilarə gələn ay Norveçdə keçiriləcək “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinə dəstək vermək üçün Osloya gedəcəklərini və müsabiqə başa çatdıqdan sonra hazırlıq məqsədilə Ukraynaya yollanacaqlarını bildiriblər.

Qeyd edək ki, qızların hazırladığı mahnılar arasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” də var. Qrupa Gənclər və İdman Nazirliyi dəstək verir. İyulun 27-dən avqustun 1-dək keçiriləcək beynəlxalq musiqi yarışmasında 16 iştirakçı təmsil olunacaq. I yerin sahibi diplom və 50 min avro, II yeri tutan 30 min avro, III yeri tutan isə 20 min avro məbləğində pul mükafatı ilə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR