Bank Of Baku

Tahir Məmmədov: “Hollivud aktyoru Robert Pattinson “Drip drop” mahnısının klipində çəkilməyib” – EKSKLÜZİV

Tahir Məmmədov: “Hollivud aktyoru Robert Pattinson “Drip drop” mahnısının klipində çəkilməyib” – <font color=red>EKSKLÜZİV </font>
# 28 aprel 2010 16:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision -2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin ifa etdiyi “Drip drop” mahnısının klipində Hollivud aktyoru Robert Pattinson çəkilməyib. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov deyib. O bildirib ki, həm dünya, həm də yerli KİV-də bu aktyorun Azərbaycanın “Eurovision” mahnısının ekran işində çəkilməsi doğru məlumat deyil. T. Məmmədov onu da bildirib ki, Səfurə Əlizadənin "Drip Drop" mahnısının klipi artıq hazırdır: “Hazırda son tamamlama işləri gedir. Yaxın bir neçə saat ərzində klipin montaj prosesi bitəcək. İctimai Televiziyanın tamaşaçıları "Drip Drop" mahnısına çəkilmiş klipi sabah, yəni aprelin 29-da həm efir, həm də itv.az saytı vasitəsilə izləyə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR