Bank Of Baku

“Miss Azərbaycan-2010” müsabiqəsinin finalına seçilməyən iştirakçılardan biri ağlayıb-qışqıraraq münsiflərə etiraz edib

“Miss Azərbaycan-2010” müsabiqəsinin finalına seçilməyən iştirakçılardan biri ağlayıb-qışqıraraq münsiflərə etiraz edib
# 30 aprel 2010 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 23-də Heydər Əliyev Sarayında keçiriləcək “Miss Azərbaycan - 2010” gözəllik yarışmasının finalında iştirak edəcək 14 qızın seçimi başa çatıb. APA-nın məlumatına görə, 20 qız arasından seçilən finalçıların adları aprelin 30-da keçirilən mətbuat konfransında açıqlanıb. Xanım Manafzadə, Nigar Əliyeva, Fərəh Əmrahova, Nuridə Əliyeva, Snejana Kruçkova, Ceyran Xalıqova, Sonna Nəcəfova, Yekaterina Barbuxina, Aysel Bayramova, Məlikə Fərmanova, Cəmilə Əbdül, Gülnarə Əlimuradova, Elnarə Kazımova və Ülviyyə Məmmədova finala vəsiqə qazanıblar.

Adlar açıqlandıqdan sonra finala keçmədiyini öyrənən iştirakçılardan biri olan Mələk Həsənova mətbuat konfransında təşkilatçılara və münsiflərə narazılığını bildirib. Qışqırmağa və ağlamağa başlayan M. Həsənova konfrans zalından çıxıb və həyətdə də qışqırıqlarını davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR