Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadənin Avropa ölkələrinə promo-turu başlayıb – FOTOSESSİYA

Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadənin Avropa ölkələrinə promo-turu başlayıb – <font color=red>FOTOSESSİYA </font>
# 03 may 2010 08:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə Almaniyaya səfər edib. APA-nın məlumatına görə, bu səfər Səfurə Əlizadənin və onun ifa edəcəyi “Drip drop” mahnısının tanıdılması məqsədilə həyata keçirilib. Artıq iki gündür ki, bu ölkədə səfərdə olan təmsilçimiz, Almaniyanın Münhen, Köln, Berlin və Hamburq şəhərlərində promo-aksiyalar həyata keçirib, canlı verilişlərdə qonaq olub. S. Əlizadə bildirib ki, bu həyat onu heç də yormur və o, “Eurovision-2010” müsabiqəsi uğurla başa çatdıqdan sonra istirahət edəcək: “Mən artıq qatarlarda yatmağa öyrəşmişəm. Bu heç də məni sıxmır və yorğun deyirəm. Əksinə bu həyat məni cəlb edir və ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edirəm. Çox şadam ki, “Drip drop” mahnısından bütün insanların xoşu gəlir. Bunu görmək çox gözəl bir hissdir. Görürəm ki, insanlar əziyyətimizi qiymətləndirirlər. Sadəcə təəssüflənirəm ki, mən promo-tur çərçivəsində olacağım ölkələri gəzə bilməyəcəyəm, çünki buna vaxtım olmayacaq”. Təmsilçinizi sözlərinə görə, o, 55-ci “Eurovision” müsabiqəsi başlayana qədər promo-turlarda olacaq. S. Əlizadə sıx proqrama baxmayaraq vokal məşqlərə, ingilis dilinin dərslərinə davam etdirəcəyini qeyd edib.

Hazırda Almaniyada səfərdə olan Azərbaycanın müsabiqə təmsilçisi Almaniyanın “DPA” agentlyinə, “Berliner Zeitung”, “Welt am Sonntag” qəzetlərinə müsahibələr verib, “BLR”, “RPR” televiziya kanallarındakı şoularda iştirak edir. Bu gün Almaniyada səfərini başa vuracaq Azərbaycanın “Eurovision” təmsilçisi promo-tur çərçivəsində Niderland, Yunanıstan, İsveçrə, Belçika, Polşa və Rusiyaya səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR