Bank Of Baku

Bakıda rok gecəsi – FOTOSESSİYA

Bakıda rok gecəsi – <font color=red>FOTOSESSİYA </font>
# 03 may 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 2-də Azərbaycan paytaxtında “Bakı küləyi” adlı rok konserti keçirilib. APA-nın məlumatına görə, “Milan”, “Meridian” və “Milk&Kisses” rok qruplarının iştirakı ilə keçirilən proqram gənclərin marağına səbəb olub. Konsert Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamenti, “Bizim Gənclik” İctimai Birliyi və “Bakı küləyi” şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.

Konsertin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov rok musiqisinin Azərbaycanda çoxsaylı pərəstişkarının olmasından məmnunluğunu dilə gətirib və bundan sonra bu cür konsertlərin mütəmadi təşkil ediləcəyini söyləyib. “Bakı küləyi” şirkətinin sədri Babək Əliyev isə bu konsertlərinin ənənəvi hal alacağını diqqətə çatdırıb və yaxın vaxtlarda Azərbaycanda beynəlxalq rok festivalının keçiriləcəyini bəyan edib.

Səhnəyə ilk əvvəl “Milan” qrupu çıxıb. Qrup xalq mahnılarının rok versiyasını Azərbaycan dilində səsləndirib. “Milan” bir saatlıq çıxışında tanınmış ifaçı James Bluntun repertuarındakı “You’re beautiful” mahnısını özünəməxsus ifa edib. “Meridian” qrupu da ifa etdiyi mahnılarla gəncləri coşdurub. Qısa zaman ərzində çoxsaylı pərəstişkarlar qazanan “Milk&Kisses” qrupu isə səhnəyə çıxan sonuncu qrup olub. Qrup üzvləri Fəridə Nelson və Dilarə Kazımova çıxışlarına Pinkin “So what” mahnısı ilə başlayıblar. Bir saatlıq çıxışına ən maraqlı mahnıları daxil edən qrup, tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Bir saatı başa vurduqdan sonra səhnəni tərk edək “Milk&Kisses” tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdıb və Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki milli seçiminin final konserti üçün hazırladığı “İ am on fire” mahnısını ifa edib.

Ayaq üstdə keçirilən proqramda tamaşaçıların rok musiqisi altında maraqlı rəqsləri, bir çox mahnıları qruplarla birgə ifa etmələri, istədikləri vaxt yerdə əyləşmələri maraqla qarşılanıb.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR