Bank Of Baku

“MaNga” qrupu mayın 8-də Azərbaycana gələcək – FOTO

“MaNga” qrupu mayın 8-də Azərbaycana gələcək – <font color=red>FOTO </font>
# 03 may 2010 12:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyəni “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək “MaNga” qrupu promo-tur çərçivəsində Azərbaycana gələcək. Artıq qrupun səfərinin tarixi açıqlanıb. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov APA-ya bildirib ki, qrupun Azərbaycana səfəri mayın 8-də başlayacaq. İki gün, yəni mayın 10-na kimi Bakıda səfərdə olacaq Türkiyənin “Eurovision” təmsilçiləri bu müddət ərzində yerli televiziyalarda yayımlanan verilişlərə qonaq olacaq, Azərbaycanın media mənsubları ilə görüşəcəklər. Qrupun bir sıra çıxışları da nəzərdə tutulur.

Qeyd edək ki, “MaNga” qrupu Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Cem Bəxtiyar və Efe Yılmazdan ibarətdir. Qrup 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanla eyni gündə, yəni mayın 27-də keçiricilək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq. Qrup müsabiqədə “We Could Be The Same” mahnısı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR