Bank Of Baku

“Drip drop” klipinin Avropa telekanallarında nümayişi başlayıb

“Drip drop” klipinin Avropa telekanallarında nümayişi başlayıb
# 03 may 2010 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin “Drip drop” klipinin bir çox ölkələrin televiziyalarında nümayişinə başlanıb. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov APA-ya açıqlamasında bildirib ki, bu televiziyalar İTV ilə əməkdaşlıq edən telekanallarıdır. Klip artıq Türkiyənin TRT, eləcə də Macarıstan, Gürcüstan, Finlandiya və Ukraynanın ictimai kanallarında nümayiş olunur.

T. Məmmədov klipin yayımı üçün digər ölkə telekanalları ilə də danışıqlar aparıldığını söyləyib: “Çox sevindirici haldır ki, klipi yayımlayan televiziyalar ekran işini çox yüksək qiymətləndirirlər. Peşəkarlarla yanaşı, adi tamaşaçılar da klip haqqında çox dəyərli rəylər bildirir”.

T. Məmmədov S. Əlizadənin müsabiqəyə ciddi hazırlaşdığını da əlavə edib: “Səfurə Əlizadənin Osloda hansı performansla çıxış edəcəyi sürpriz saxlanılır. Çox ciddi hazırlıq işləri gedir. Söz yox ki, hazırlıqların sonu “Eurovision” mahnı müsabiqəsinin səhnəsində möhtəşəm şou ilə tamamlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR