Bank Of Baku

“Eurovision-2010” müsabiqəsinin rəsmi açılışı mayın 15-də baş tutacaq – FOTO

“Eurovision-2010” müsabiqəsinin rəsmi açılışı mayın 15-də baş tutacaq – <font color=red>FOTO </font>
# 04 may 2010 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın üçüncü ongünlüyündə Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision -2010” mahnı müsabiqəsinə hazırlıq davam edir. Artıq müsabiqənin bütün iştirakçıları, onların ifa edəcəyi mahnılar müəyyənləşib. APA-nın məlumatına görə, Avropa Yayımları Birliyi (EBU) “Eurovision - 2010”un məşq və mətbuat təqvimini açıqlayıb. “Eurovision -2010” müsabiqəsinin rəsmi açılışı mayın 15-də baş tutacaq. Həmin gün “Telenor Arena”da Mətbuat Mərkəzinin və Akkreditasiya Mərkəzinin də açılışı baş tutacaq. Mayın 24-də müsabiqə iştirakçılarının kostyumlu məşqlərinin keçirilməsi planlaşdırılır. Mayın 25-də müsabiqənin I yarımfinalı və finala vəsiqə qazanan 10 ölkənin iştirakı ilə mətbuat konfransı, mayın 27-də müsabiqənin II yarımfinal mərhələsi və finala vəsiqə qazanan 10 ölkənin iştirakçılarının mətbuat konfransı keçiriləcək. Mayın 29-da isə “Eurovision-2010” müsabiqəsinin final mərhələsi baş tutacaq. 39 ölkədən 25-i finalda birincilik uğrunda mübarizə aparacaq. Həmin gün müsabiqənin qalibi mətbuat nümayəndələri ilə görüşəcək və daha sonra müsabiqənin rəsmi bağlanışı baş tutacaq.

Bu il başqa dəyişikliklər də olacaq. Əvvəlki illərdə hər iki məşqdən (kostyumsuz və kostyumlu) sonra hər ölkənin nümayəndə heyəti mətbuat konfransı keçirməyə məcbur idi. Bu il isə həmin məcburiyyət aradan qaldırılıb. 2010-cu ildən nümayəndə heyətləri birinci (kostyumsuz) məşqdən sonra mətbuat konfransı keçirməyə də bilərlər.

Xatırladaq ki, Azərbaycanı “Eurovision 2010” müsabiqəsində “Drip drop” mahnısı ilə Səfurə Əlizadə təmsil edəcək. Təmsilçimiz mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR