Bank Of Baku

Türkiyəni “Eurovision”da təmsil edəcək “MaNga” qrupunun solisti xəstələnib

Türkiyəni “Eurovision”da təmsil edəcək “MaNga” qrupunun solisti xəstələnib
# 05 may 2010 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Türkiyəni “We Could be the Same" mahnısı ilə təmsil edəcək “MaNga” qrupunun vokalçısı Fərman Akgül xəstəxanaya yerləşdirilib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, mayın 4-də axşam İstanbulda çəkiliş əsnasında özünü pis hiss edən Fərman Akgül şəhərdəki Alman Xəstəxanasına aparılıb. F. Akgülün stenokardiyadan (ürək xəstəliyi) əziyyət çəkdiyi müəyyənləşdirilib. F. Akgülü müsabiqəyə hazırlayan şirkətin nümayəndəsi Səlim Serezli musiqiçinin lazımi tibbi müayinələrdən keçdiyini və vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Xatırladaq ki, “MaNga” qrupu mayın 8-də Azərbaycana gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR