Bank Of Baku

Alla Puqaçova əsa ilə gəzir

Alla Puqaçova əsa ilə gəzir
# 05 may 2010 12:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ xalq artisti, Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova gəzməyə çətinlik çəkir. APA-nın “Komsomolskaya pravda”ya istinadən yaydığı xəbərə görə, o ayağındakı problemlərlə bağlı həkimlərə müraciət edib. Xəbərdə bildirilir ki, bu yaxınlarda Yelena Vanqanın konsertində iştirak edən Alla Puqaçova əsanın köməyi ilə gəzir. Konsertə Yelena Çuprakova ilə bərabər gələn Alla Puqaçova “bravo” qışqıraraq ağlayıb. Sonra isə asta addımlarla əsaya söykənərək öz “Limuzin”inə tərəf gedib. Həkimlər ona xaricdə müayinədən keçməyi və orada ən azı iki həftə qalmağı tövsiyə edirlər. Ancaq Alla Puqaçova çox məşğul olduğu üçün məzuniyyət haqqında düşünmək belə istəmədiyini bildirib.

Xatırladaq ki, iki il bundan əvvəl “İki ulduz” layihəsində pilləkəndən düşən zaman yıxılan Alla Puqaçovanın ayağı ciddi zədələnib. O zaman müğənni bir neçə həftə çəliklə gəzmək məcburiyyətində qalmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR