Bank Of Baku

“Eurovision-2010” müsabiqəsini 120 milyon tamaşaçı izləyəcək – FOTO

“Eurovision-2010” müsabiqəsini 120 milyon tamaşaçı izləyəcək  – <font color=red>FOTO </font>
# 05 may 2010 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 55-ci “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi Oslo şəhərinin “Telenor Arena”sı müsabiqəyə uyğun hazırlanır. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, iki həftə bundan əvvəl sözügedən konsert salonunda ciddi hazırlıq və quraşdırma işlərinə başlanılıb. Belə ki, “Telenor Arena”nın artıq dekorasiyası yarım hazır vəziyyətdədir. Arenada dekorasiya və qurğuların quraşdırılmasına 500 nəfər cəlb olunub. Hazırda arenada 532 hərəkətli, 4179 adi projektor quraşdırılıb. Bütün projektorları yerləşdirmək üçün 4528 metr kabeldən istifadə olunub. “Eurovision -2010” müsabiqəsi 21 kamera vasitəsi ilə yayımlanacaq və üç canlı yayım həyata keçiriləcək. Müsabiqədə 8 peyk kanalı da çəkiliş aparacaq.
Mayın 25-i və 27-də keçiriləcək yarımfinalları, 29-da keçiriləcək final konsertini 120 milyon tamaşaçı izləyəcək. Müsabiqənin hər üç canlı konsertinə 80 mindən çox bilet satılıb. Müsabiqənin təkcə finalında 16 min tamaşaçı olacaq. Ötən il bu müsabiqədə hər üç mərhələdə ümumilikdə 10 milyon insan səs verib.
“Eurovision-2010” mahnı müsabiqəsini işıqlandırmaq üçün 70 ölkədən 2007 jurnalist akkreditə olunub. Xüsusi fan akkreditasiyası üzrə isə 314 nəfər akkreditədən keçib. Müsabiqədə iştirak edəcək 39 ölkənin nümayəndə heyətlərində ümumilikdə 1014 insan olacaq. Onlardan 212-si səhnədə iştirak edəcək. “Youtube” saytında “Eurovision-2010” müsabiqəsi ilə bağlı yerləşdirilən roliklərə isə 16,646,000 dəfə baxılıb. Bu ötən illə müqayisədə üç dəfə artıqdır və rekord göstərici hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR