Bank Of Baku

Danimarkanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Azərbaycana gələcək – FOTO

Danimarkanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Azərbaycana gələcək – <font color=red>FOTO </font>
# 06 may 2010 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ay Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində təmsil olunacaq daha bir ölkə təmsilçisi promo-tur çərçivəsində Azərbaycana gələcək. Gələn həftə Danimarkanı 55-ci “Eurovision” müsabiqəsində təmsil edəcək Chanee & Nevergreen qrupu ölkəmizə təşrif buyuracaq. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov APA-ya bildirib ki, Danimarka təmsilçisinin səfəri mayın 14-də olacaq. Həmin gün təmsilçi İTV-də yayımlanan verilişlərdə qonaq olacaq, müsabiqə öncəsi Azərbaycan xalqı qarşısında çıxış edəcək. Eyni zamanda Danimarka təmsilçisinin Azərbaycanın paytaxtında konsert vermək istəyi də var. Ölkə təmsilçisinin bu səfəri İTV-nin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Danimarka təmsilçisi “Eurovision-2010” müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında “İn a moment like this” mahnısını təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR