Bank Of Baku

Səfurə Əlizadənin Yunanıstana səfəri Afinada baş verən hadisələrlə əlaqədar təxirə salınıb - FOTO

Səfurə Əlizadənin Yunanıstana səfəri Afinada baş verən hadisələrlə əlaqədar təxirə salınıb - <font color=red>FOTO</font>
# 07 may 2010 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin promo-tur çərçivəsində Yunanıstanın paytaxtı Afinaya nəzərdə tutulan səfəri təxirə salınıb. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, buna səbəb Afinadakı siyasi və sosial problemlər səbəb olub.
Xəbərdə bildirilib ki, bu gün həyata keçirilməsi nəzərdə tutulan səfər çərçivəsində təmsilçimizin Yunanıstanın radio-şousunda, məşhur televiziya verilişlərində, eləcə də Yunanıstanın 55-ci “Eurovision” müsabiqəsindəki təmsilçisi George Alkaiosla görüşü də nəzərdə tutulurdu. Səfurə Əlizadə və onun komandası bu səfərin baş tutmasından təəssüfləndiklərini bildiriblər və bu hadisələr səbəbindən Afinaya səfər edə bilməyəcəklərini açıqlayıblar. Təmsilçimiz Yunanıstan səfərinin onun promo-turu üçün çox vacib bir ölkə olduğunu da etiraf edib. Təmsilçimiz ümid edir ki, müsabiqədən sonra Yunanıstana səfər etmək arzusu reallaşacaq. Səfurə Əlizadənin hazırda promo-turu daha intensiv olacaq. Yaxın günlərdə o İsveçrə, Polşa və Rusiyaya səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR