Bank Of Baku

Beyonce və Meray Kerrinin xoreoqrafı Damen Anasi Azərbaycanda master-klasslar keçirir

Beyonce və Meray Kerrinin xoreoqrafı Damen Anasi Azərbaycanda master-klasslar keçirir
# 11 may 2010 11:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dünyanın ən məşhur ulduzları Beyonce Nous, Meray Kerri, Kayli Minok, Jimmi Hendriks, Aşerin rəqs konsert proqramlarının xoreoqraf quruluşçusu Damen Anasi Azərbaycandadır. APA-nın məlumatına görə, məşhur xoreoqrafın ölkəmizə səfəri “Unidance” Beynəlxalq Rəqs Layihəsi çərçivəsində həyata keçirilib. Damen Anasi bu həftənin sonuna qədər azərbaycanlı rəqqas və xoreoqraflara master-klass keçəcək. Bu həftə isə layihənin yekunu olacaq və mayın 16-da “Elite” ticarət mərkəzində Anasi öz şagirdləri ilə ustalığını göstərəcək. Damen Anasi professional rəqqas və xoreoqrafdır. O, Roger Lee (Jazz-Funk), Nicole Walker (Hip-Hop), Charlotte Richards (Ballet) kimi tanınmışların müəllimi olub.

Ölkəmizdə qonaq olan Damen Anasi London İncəsənət Kral Akademiyasının professorudur, müasir xoreoqrafiya magistr pilləsi üzrə Çikaqo Xoreoqrafik Akademiyasında müdafiə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR