“MaNga”: “Səfurənin çox şansı olduğunu düşünürük” – MÜSAHIBƏ - FOTOSESSİYA
- Fərman Akgülün hələ də xəstəxanada olması sizləri narahat etmir ki? Səhhətindəki problem onun müsabiqədə çıxışına mane ola bilərmi?
- Fərman hazırda özünü çox yaxşı hiss edir. Düzdür, həkimlər təyyarəyə minməsinə icazə vermədilər, amma o, müsabiqədə tam sağlam şəkildə səhnəyə çıxacaq. Biz buna əminik. Fərman həkimlərin ciddi nəzarəti altındadır. Bu günlərdə xəstəxanadan çıxmasını gözləyirik.
- Türkiyənin ötənilki “Eurovision” təmsilçisi Hadisənin, bu il isə vokalçınız Fərmanın müsabiqə ərəfəsində xəstəxanaya düşməsi nə ilə əlaqədardır? Sizcə buna müsabiqə öncəsi gərgin hazırlıqdan qaynaqlanan stres səbəb ola bilərmi?
- Hadisənin və Fərmanın müsabiqə öncəsi xəstəxanaya düşməsi tamamilə təsadüfdür. Buna təsadüfdən başqa nə isə deməyə çətinlik çəkirik, çünki başqa şey düşünmək istəmirik. Bu müsabiqədə təmsilçiliyimiz təsdiqləndikdən bəzi sürəkli olaraq səfərlərdə və səhnələrdəyik. Əslində “Eurovision” tempi bizim üçün standart bir tempdir, çünki biz bu tempə alışmışıq. Əvvəllər də turneyə çıxdığımız zaman 20 gün ölkə və şəhərləri gəzirdik. Yəni Fərmanın səhhətinin pisləşməsini tam olaraq bununla əlaqələndirmək düzgün olmazdı.
- Müsabiqəyə hazırlıq prosesi necə gedir? Deyəsən, proqramınız çox gərgindir.
- Həqiqətən də müsabiqə öncəsi proqram hədsiz dərəcədə gərginləşir. Ümumiyyətlə, bu müsabiqənin seçimindən hazırlıq və iştirak prosesinə qədər hər gün gərgin keçir. Öncə təmsilçini seçirlər, sonra mahnı hazırlanır, klip çəkilir, səhnə şousunun hazırlığına start verilir. Bundan sonra “piar” çalışmalarına başlamaq mütləqdir və sürəkli konsertlər olur. Daha sonra Osloya gedib orada 10 gündən artıq qalmaq və məşqlər, yarışma... Əslində bu dönəm bir marafona bənzəyir. “Eurovision”u bir yarışma olaraq görməkdən əlavə, müsabiqəyə hazırlıq ərəfəsində çox xoş sürprizlərlə də qarşılaşdıq. Məhz bu yarışma bizim Azərbaycana ilk gəliş səbəbimiz oldu. Mədəniyyətlərin qaynaşması, bir-birini tanımaq, fərqli mədəniyyətləri görmək, özünü ifadə etmək baxımından da çox keyifli anlar yaşadıq. Daha öncə Bolqarıstana bir konsert üçün getmişdik, amma bu dəfə getdik və televiziyalarda müsahibələr verdik. Yunanıstana getdik və çox gözəl oldu.
- Bu, Azərbaycana ilk gəlişinizdir. Təəssüratlarınız necədir?
- Bu cür qarşılanmaqdan çox qürur duyuruq. Sözün düzü, bu qədər maraqla qarşılanacağımızı heç düşünmürdük. Qardaş ölkəmiz Azərbaycanda bu qədər tanınmağımız və sevilməyimiz bizi çox sevindirdi. Buna görə qrup adından təşəkkürümüzü bildiririk.
- İndiyə qədər Azərbaycana gəlməməyinizin səbəbini nə ilə izah edərdiniz?
- Açıq desək, daha öncə vaxtımız olmadı. Ən önəmlisi isə belə bir dəvət almadıq. Ancaq müsabiqə ərəfəsində dəvət gəldi və biz çox sevərək, ürəkdən istəyərək Azərbaycana gəldik. Buradakı mühiti gördükdən sonra daha sonra gələcəyimiz günü də səbirsizliklə gözləyirik. Kənardan eyni dil, eyni mədəniyyətə sahib olmağı eşitmək, görməkdən çox fərqlidir. Bura gəldiyimizdən bəri özümüzü bir başqa hiss edirik. Dilimizin eyniliyini, insanların sevgisini gözlə görmək çox gözəl hissdir.
- Sizcə rokun “Eurovision” yarışmasında uğur qazanması çətin olmayacaq ki? İki il öncə Türkiyəni “Mor və ötesi” rok qrupu təmsil etmişdi və 8-ci yeri qazanmışdı. Siz son iki il ərzində Türkiyənin əldə etdiyi nəticəni qabaqlaya biləcəksinizmi?
- Biz “Eurovision”da musiqinin tərzindən çox, keyfiyyətinə və hiss etdirdiyi duyğulara daha çox önəm veririk. Rok və ya pop musiqisi də olsa, nəticədə gözəl bir mahnıdırsa, heç nəyə baxmadan yaxşı qarşılanacağından və layiqli yer qazanacağından əminik. Ancaq hazırda bizdən əvvəlki nəticəni ötüb-ötməyəcəyimizi deyə bilmərik. Bu, çox yanlış olar.
- Müsabiqədə “MaNga”nı neçənci yerə layiq görürsünüz? Ümumiyyətlə, digər ölkə təmsilçilərinin mahnılarını dinləmək imkanınız olubmu və düşüncələriniz necədir?
- Əlbəttə ki, könlümüzdən birinci olmaq keçir, bunun heç sözünü belə etməyə dəyməz. Ancaq əlimizdən gələnin ən yaxşısını etdikdən sonra dərəcə bizim üçün çox da önəmli deyil. Çünki bəzi hadisələrə bizlər və ya sizlər təsir edə bilmirik. Amma ilk beşə girmək istəyirik. Əslində təmsilçilərin hamısının mahnısını çox detallı şəkildə dinləmədik, amma ağlımızda qalan bəyəndiyimiz təmsilçilər var: Almaniya, Rumıniya, Yunanıstan, İsrail və əlbəttə ki Azərbaycan. Bu ölkələrin mahnıları güclüdür, ancaq biz özümüzə rəqib görmürük, çünki bizim tərzimiz və musiqimiz fərqlidir. Bu müsabiqədə yeganə rok ifaçısı bizlərik.
- Ötən il “MaNga”nın MTV-nin “Ən yaxşı artisti” mükafatına layiq görülməsi, yoxsa “Eurovision”da iştirak daha önəmlidir?
- İkisi də çox önəmlidir. “Eurovision” musiqi yarışmasıdır, MTV mükafatı isə daha önəmli bir mükafatdır. İkisinin də yeri bizim üçün fərqlidir. Hər bir uğura sevinmək lazımdır. Qazanılan mükafatlar hər bir insana stimul verir.
- Azərbaycan təmsilçisi Səfurə Əlizadə ilə bağlı düşüncələriniz necədir?
- Səfurə ilə tanış olmaq fürsəti hələ tapmamışıq, amma “Drip drop” mahnısını dinlədik, klipini də izlədik. Mahnı çox gözəl və moderndir. Ən əsası, müsabiqənin formatına uyğun bir mahnıdır. Açığı, bu il “Eurovision”da Səfurənin çox şansı olduğunu düşünürük.
- Hər il olduğu kimi, bu il də müsabiqə öncəsi bukmekerlər favoritlərini açıqlayıblar. Bu favoritlər arasında sizin olmamağınız həvəsdən düşməyinizə səbəb olmayıb ki?
- Bizə heç bir şey təsir etməz, çünki biz heç bir durumda konsentrasiyamızı pozmuruq. Biz hazırda ancaq özümüzlə yarışırıq. Özümüzü orada ən yaxşı performans nümayiş etdirməyə hazırlamışıq və başqa cür də ola bilməz. Mahnımızın çox yaxşı olduğunu düşünürük, sonrası artıq Allaha, münsiflərə, seyrçilərə qalıb. Əslində bukmekerlərin proqnozu çox da önəmli deyil. Bu öncəgörmələr çox vaxt düzgün çıxmır.
- Bir müddət əvvəl Ermənistanda konsert verməyə hazırlaşdığınız xəbəri yayıldı, ancaq sonradan təsdiqini tapmadı. Bu promo-tur çərçivəsində Ermənistana getməyi planlaşdırırsınızmı?
- Bizim bununla əlaqədar heç bir planımız olmayıb, nəzərdə tutulan bir şey də yoxdur.
- İki il Türkiyə Ermənistana yüksək bal verdi və Ermənistandan da analoji addım gözlədi. Ancaq nəticə Türkiyənin gözlədiyi kimi olmadı. Bu il vəziyyəti necə dəyərləndirirsiniz?
- Biz öz musiqimizi insanlara çatdırmaya çalışırıq. İnsanlara bir mesajımız var, bunu anlatmağa çalışırıq. Bunun üçün “Eurovision”dan daha yaxşı fürsət ola bilməz. “Eurovision” səhnəsi milyonlar tərəfindən izlənir. Üç dəqiqəlik çıxış ərzində bu mesajımızı çox yaxşı ifadə etmək istəyirik. Ölkəmizi gözəl təmsil etmək istəyirik. Doğrusu, biz hesab arxasınca qaçmırıq və bizə bu maraqlı deyil. Bununla heç maraqlanmırıq da.
- Bəs Azərbaycandan 12 bal gözləmirsiniz?
- Onsuz da Azərbaycandan 12 bal gələcək, buna şübhəmiz yoxdur.
- Bu yaxınlarda çıxışlarınızın birində “Bizim dünyaya sözümüz var, biz sülh və birlik istəyirik” dediyinizi duyduq.
- Bəli, bu sözlər bizə məxsusdur. Elə “Eurovision” müsabiqəsində ifa edəcəyiniz “We Could Be The Same” mahnımızda da bunu anladırıq. Bizlər musiqiçiyik, işimiz musiqi ilə maraqlanmaqdır. Əlbəttə ki, siyasətdə baş verənləri izləyirik, maraqlanırıq, amma bu məsələlərə dair fikir bəyan edəcək qədər özümüzü yetkin görmürük. Hər birimizin ayrı-ayrılıqda siyasi mövqeyi var, amma bunları “MaNga”nın içinə gətirmək istəmirik. Biz daha bəşəri, daha insani şeylərdən təsirlənən bir qrupuq. Elə fəaliyyətimizə də bu şəkildə davam etmək istəyirik.
- Azərbaycanla Ermənistan arasında baş vermiş münaqişədən xəbərdarsınızmı?
- Ermənistanla Azərbaycan arasında bir problem olduğunu bilirik, amma bununla bağlı çox da bilgiyə sahib deyilik. Nə olub-bitdiyi ilə bağlı açıqcası, çox şey bilmirik. Bu problemin hələ də davam etməsi bizi çox kədərləndirir. Bizim istəyimiz odur ki, dünya ölkələri arasında belə problemlər olmasın, hər kəs qardaş kimi yaşasın, sərhədlər açıq olsun. Savaş yaxşı şey deyil. Biz bu cür şeylərə qarşıyıq.
- Artıq müsabiqəyə çox az zaman qalıb. “MaNga”nın səhnə şousu, geyimi hazırdırmı? Mayın 27-də səhnəyə neçə nəfərlə çıxacaqsınız?
- Geyimimiz artıq tam hazırdır. Həmin gün məxsusi olaraq “Eurovision-2010” üçün hazırlanmış geyimlərdə səhnəyə çıxacağıq. Eyni zamanda xüsusi və kiçik bir şou hazırlamışıq. Həmin gün üçün fərqli bir şey planlaşdırırıq. Səhnəyə 6 nəfər çıxacağıq. “MaNga” olaraq 5 nəfər və bir nəfər rəqqas. Müsabiqənin şərtlərinə görə, səhnədə 6 nəfərdən artıq insan olmamalıdır, biz də beş nəfər olduğumuz üçün bir nəfəri də şouya cəlb etdik.
- “Eurovision-2010” yarışmasından sonra Azərbaycanda ilk konsertinizi vermək istəyiniz varmı?
- Azərbaycanda konsert verməyi çox istəyirik və təklif gözləyirik. Azərbaycan xalqı bizim üçün çox önəmlidir və bu arzumuzun yerinə yetməsini diləyirik.
- Sonda müsabiqə öncəsi Azərbaycan xalqına sözünüz.
- Azərbaycan xalqını gül bayramı münasibətilə təbrik edirik. Bu müsabiqədə dəstəyinizi hiss etmək istəyirik. Bu dəstəyi Azərbaycan xalqından gözləyirik.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib